“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə 801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə 54; 2012, ¹ 1, maddə 6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə 103; 2016, ¹ 3, maddə 465, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1637; 2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə 1803, ¹ 12 (I kitab), maddə 2319) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 2.1-ci bənddə "16.2.4-cü maddəsində” sözləri "2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci, 5-1.9-cu 16.2.4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

 

2.2. 2.5-ci bənddən "5-1.1-ci maddəsinin üçüncü cümləsindəsözləri çıxarılsın;

 

2.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

 

"2.5-1. həmin qanunun 2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci 5-1.9-cu maddələrində "orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 5.