“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli
1432-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 28 dekabr tarixli 1432-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹
3, maddə 351, ¹ 4, maddələr
530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹
12, maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr
198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445,
¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab),
maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə
1840; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23
noyabr 360 nömrəli,
10 dekabr tarixli 384 nömrəli, 18 dekabr tarixli 409 nömrəli və 20 dekabr tarixli 416 nömrəli fərmanları) 4.39-cu bəndində
"və mətnində,
486-cı maddəsində” sözləri
", 485.1-ci və 486-cı maddələrində” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 8.