Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun
fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli
1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il
1 may tarixli 29 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹11, maddə 2030, ¹12 (I kitab) maddə 2330; 2018, ¹5 maddə 901, ¹ 10 maddə 1991) 6-cı hissəsinə "yanvarın 1-dən” sözlərindən sonra "2019-cu il” sözləri əlavə edilsin.
2. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹5, maddə 897) 3.2-ci bəndinə "yanvarın 1-dən” sözlərindən sonra "2019-cu il” sözləri əlavə edilsin və həmin bənddə "2021” rəqəmləri "2022” rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 8.