2019-cu ildə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas
istiqamətləri (proqramı) və investisiya
siyasəti
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli
fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Fond) vəsaitinin xərc istiqamətləri
1.1. Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə transfertin yuxarı həddi.
2. Fondun 2019-cu il
üçün investisiya
siyasəti
2.1. Fondun investisiya siyasətinin məqsədi
2019-cu ildə fond əsas
kapitalın itirilməsi
riskinin aşağı
olması şərtilə
maksimum gəlirliliyin əldə edilməsinə
imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Fondun investisiya portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2019-cu il üzrə fondun investisiya portfelinin proqnozlaşdırılan
məcmu dəyəri
(ortaçəkili həcmi)
67,4 milyard manata bərabər götürülür.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
Fondun investisiya
portfelinin baza valyutası ABŞ dolları
müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin
beynəlxalq kredit agentlikləri tərəfindən
verilmiş kredit reytinqi "A” (Standard & Poor's, Fitch) və ya "A2” (Moody's) dərəcələrindən aşağı
olmayan ölkələrin
valyutalarında ifadə
edilən aktivlərdə
olması şərtilə
Fondun investisiya portfelinin məcmu dəyərinin:
1. 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
2. 35 faizi avroda ifadə
olunan aktivlərə;
3. 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
4. qalan 10 faizi
isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin altportfelləri
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən
(bundan sonra - portfel) ibarətdir:
1. borc öhdəlikləri
və pul bazarları alətləri
portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları istisna olmaqla) - aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 55 faizi;
2. səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc
öhdəliklərinə investisiya
qoyan pay fondları olmaqla);
3. daşınmaz əmlak portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya
portfelinin məcmu dəyərinin 10 faizə
qədəri (daşınmaz
əmlak və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə
investisiya qoyan pay fondları daxil olmaqla);
4. qızıl portfeli - yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə
qədəri.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
1. Fondun borc öhdəlikləri
və pul bazarları alətləri
portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark)
kimi müvafiq valyuta (avro istisna
olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas
götürülür.
2. Fondun borc öhdəlikləri
və pul bazarları alətləri
portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf
gəlirliliyi (bençmark)
kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür.
3. LIBOR dərəcəsi mövcud
olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış
faiz dərəcələri
əsas götürülə
bilər.
4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
Stock Market Indexes əsas götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Fondun borc öhdəlikləri və
pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı
olaraq fond müəyyən
edir və bu müddət 48 aydan artıq olmamalıdır.
2.3.2. Kredit riski
1. Fondun valyuta vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinin
səkkizinci yarımbəndində
nəzərdə tutulmuş
qeyri-investisiya reytinqinə
malik borc öhdəlikləri və
təsisatlardakı depozitlər
üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddi üzrə tələblər
Azərbaycan Respublikası
Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirlərin
icrası məqsədilə
həyata keçirilən
investisiya qoyuluşları
nəticəsində fondun
investisiya portfelinə
daxil olan aktivlərə tətbiq edilmir.
2. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya
aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15
faizi həddində müəyyən edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Fondun vəsaitinin
likvidlik dərəcəsi
fondun büdcə xərcləri üzrə
planlaşdırılan pul
və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə olmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə fondun vəsaitinin 100 milyon
ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində
saxlanılmalıdır. Bu vəsaitin göstərilən
məbləğdən az olması halı 7 iş günündən çox
davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas
təsisçisinin kredit
reytinqi beynəlxalq kredit agentliklərinin
(Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı
olmamalı və ya onun aktivlərin
idarə edilməsində
ən azı 5 il müsbət
təcrübəsi, yaxud
dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az
olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
2. Xarici menecerlərə idarəetməyə verilən
vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən,
bir xarici menecerə idarəetməyə
verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və
idarəetməyə verilmə
müddəti fondla bu menecerlər arasında bağlanan sazişdə göstərilməlidir.
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 9.