Dənizkənarı Milli Parkda konsert təşkil olunub
Dekabrın 29-da Dənizkənarı Milli Parkda ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı
Milli Park statusu verilməsinin 20-ci ildönümü
münasibətilə bayram
konserti təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı ərəfəsində
təşkil olunan konsert proqramı Dənizkənarı Bulvar
İdarəsi və Azərbaycan Televiziyasının
birgə layihəsi əsasında reallaşıb.
Konsertdə Azərbaycan Televiziyasının
musiqi kollektivləri və solistləri çıxış ediblər. Onların ifasında
musiqi nömrələri
paytaxtın sakinləri
və qonaqları tərəfindən maraqla
qarşılanıb.
Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1998-ci il
dekabrın 29-da Dənizkənarı
Bulvara Azərbaycanın
milli sərvəti kimi "Təbiəti mühafizə və təbiətdən istifadə
haqqında” Azərbaycan
Respublikası Qanununun
76-cı maddəsinə uyğun
olaraq Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb.
Azərbaycan.- 2018.- 30 dekabr.- S. 15.