“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1084; 2006, ¹ 12, maddə 1031; 2008, ¹ 6, maddə 462; 2011, ¹ 7, maddə 592; 2014, ¹ 12, maddə 1516; 2016, ¹ 4, maddə 643) 4.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər.”.

Maddə 2. Bu qanunun 1-ci maddəsi həmin qanun qüvvəyə mindikdən sonra qəbul edilmiş inzibati aktlarla bağlı yaranan münasibətlərə şamil edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 28 dekabr.- S. 4.