“Azərbaycan Sərhəd
Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
9-cu bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə
251; 2003, ¹ 12, I kitab, maddə
677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə
213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹
1, maddə 4, ¹ 5, maddə
312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə
174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə
664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013,
¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə
1477; 2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹
12, maddə 1447; 2016, ¹ 12, maddələr
1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27, ¹
7, maddə 1311, ¹ 10, maddə
1771, ¹ 11, maddə 1962, ¹ 12, I kitab, maddələr 2242,
2269; 2018, ¹ 2, maddə 168, ¹ 3, maddə 387, ¹ 5, maddələr
841, 859, 874, ¹ 6, maddə 1190; Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1289-VQD nömrəli
və 30 oktyabr tarixli 1290-VQD nömrəli
qanunları) 2-ci maddəsində
"Azərbaycan Sərhəd
Mühafizəsinin 95 illiyi
(1919-2014)” yubiley medalı;”
hissəsindən sonra
aşağıdakı məzmunda
yeni hissə əlavə edilsin:
"Azərbaycan
Sərhəd Mühafizəsinin
100 illiyi (1919-2019)” yubiley
medalı;”.
Maddə 2. "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi
(1919-2019)” Azərbaycan Respublikasının
yubiley medalının
təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 28 dekabr.- S. 4.