Azərbaycan
Respublikasının PrezidentiZati-aliləricənab İlham
Əliyevə
Zati-aliləri, hörmətli
İlham Heydər oğlu.
Sizi doğum gününüz
münasibətilə Rusiya Federasiyası Müsəlmanları
Ruhani İdarəsi, Rusiya Müftilər Şurası
adından və şəxsən öz adımdan ürəkdən
təbrik edir, Qadir Allaha dua edərək Sizə uzun
ömür, möhkəm cansağlığı və
xeyirxah təşəbbüslərinizdə Tanrının
yardımını diləyirəm.
Sizin
ölçülüb-biçilmiş siyasətiniz, Azərbaycan
Respublikasının konstitusion əsaslarının qorunub
saxlanmasında və bərqərar olmasında prinsipial
mövqeyiniz sayəsində ölkəniz mənəvi,
intellektual və iqtisadi inkişaf yolunda inamla irəliləyir.
Hörmətli İlham Heydər
oğlu, mən Qadir Allahdan Sizə və Azərbaycandan olan
bütün qardaşlarımıza əmin-amanlıq və
rifah diləyirəm.
Amin.
Hörmətlə və xoş
dualarla,
Müfti
şeyx Ravil Qaynutdin
Rusiya
Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və
Rusiya
Müftilər Şurasının sədri, Rusiya
Federasiyası Prezidenti
yanında
Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət
Şurasının üzvü
Azərbaycan.-
2018.- 28 dekabr.- S. 5.