“Azərbaycan Respublikasına gələn
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi
ilə bağlı bəzi məsələlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 774, ¹ 10, maddələr 855, 859; 2011, ¹ 2, maddə 80) 2-ci hissəsində “viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər” sözləri “vizanı Azərbaycan Respublikasının ərazisində (Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində) ala bilərlər” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar
2018-ci il
Azərbaycan.- 2018.-1 fevral.- S.1.