Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 312, ¹ 6, maddə 415; 2007, ¹ 8, maddə 754; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 4, maddə 274, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə 9) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 7-ci maddəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“inzibati xətalara görə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr
2017-ci il
Azərbaycan.- 2018.- 1 fevral.-
S.2.