Prezident İlham
Əliyev “Smart Africa”
Təşəbbüsünün icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də “Smart Africa” Təşəbbüsünün icraçı direktoru Hamadoun Toureni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Hamadoun
Toure sonuncu dəfə
2014-cü ildə Beynəlxalq Telekommunikasiya
İttifaqının baş katibi olarkən “Bakutel”
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün
ölkəmizə səfərini məmnunluqla xatırladı.
22 Afrika ölkəsinin üzv
olduğu və 12 Afrika
ölkəsinin dövlət
başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü
və onun fəaliyyəti haqqında məlumat
verən Hamadoun Toure Təşəbbüsün
Afrika qitəsi üçün
vahid rəqəmsal platformanın
yaradılması işində vacib rol oynadığını, işlərin
artıq yaxşı nəticələr verdiyini,
həmçinin layihələrdə peyk
texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos”
ASC ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildirdi.
Prezident İlham
Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək
əməkdaşlığı dəstəklədiyini və
bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin
önəmini vurğuladı.
Azərbaycan.-2018.-2 fevral.- S.1.