“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226, ¹ 5, maddə 379; 2001, ¹ 11, maddələr 676, 683; 2004, ¹ 6, maddə 397; 2005, ¹ 1, maddə 5, ¹ 8, maddə 684; 2006, ¹ 11, maddə 922; 2007, ¹ 5, maddə 437, ¹ 11, maddə 1049; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 672; 2013, ¹ 1, maddə 17; 2014, ¹ 10, maddə 1172) 20-ci maddəsinin ikinci hissəsinə “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

Azərbaycan.-2018.-2 fevral.- S.2.