K.C.Cəlilovun
“Şərəf” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
musiqi sənətinin inkişafında böyük xidmətlərinə
görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf”
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 fevral
2018-ci il
Azərbaycan.-2018.-3 fevral.- S.3.