Azərbaycan Prezidenti gənclərin inkişafına xüsusi önəm verir
2 fevral
- Gənclər Günü münasibətilə
Yeni Azərbaycan Partiyasının gəncləri
ilə görüş keçirilib
Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra YAP Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikası Baş nazirinin
müavini, YAP sədrinin müavini-icra
katibi Əli Əhmədov Gənclər Günü münasibətilə təbriklərini
çatdırıb. O bildirib
ki, Azərbaycan 2017-ci ili
uğurla başa vurub və 2018-ci ilə böyük
ümidlərlə daxil olub.
2018-ci il Azərbaycanın həyatında,
ölkəmizin inkişafında əhəmiyyətli dəyişikliklərin
növbəti başlanğıc nöqtələrindən
birinə çevriləcək.
Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin də rolu artır. Partiyanın sıralarında gənclərin sayı çoxalır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Azərbaycanın getdikcə daha çox sayda fəal, vətənpərvər gəncləri öz siyasi talelərini YAP-la bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Gənclərimiz YAP-a daxil olmaqla partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər. Eyni zamanda, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətində gənclərə nə qədər böyük önəm verildiyi göz önündədir.
Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. O qeyd edib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
2018-ci ildə ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov bildirib ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevdir. O, seçki kampaniyasında YAP gənclərini fəal olmağa çağırıb. YAP sədrinin müavini gənclərə həm sosial şəbəkələrdə, həm də könüllülük fəaliyyətində daha da fəal olmağı tövsiyə edib.
Sonra tədbirdə YAP Suraxanı rayon
təşkilatı Gənclər Birliyinin
üzvü Arzu Məmmədli,
YAP Sabirabad rayon təşkilatı
Gənclər Birliyinin üzvü
Emil Aslanlı, Bakı Ali
Neft Məktəbinin tələbəsi
Mahirə Əsədzadə, IV İslam Həmrəyliyi
Oyunlarının qalibi Zaur
Paşayev və YAP Yasamal
rayon təşkilatı Gənclər
Birliyinin üzvü
Əli Babazadə çıxış ediblər. Onlar Azərbaycanda həyata keçirilən
dövlət gənclər siyasətinin əsas istiqamətləri,
gənclərə göstərilən diqqət və
qayğı barədə danışıblar.
Tədbirdə Yeni Azərbaycan
Partiyası sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonra bir qrup fəal gəncə fəxri fərmanlar verilib.
Tədbir konsert proqramı ilə davam edib.
Azərbaycan.-2018.-2 fevral.- S.3.