YAP gəncliyin siyasi istinadgahıdır

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında fəal iştirak edirlər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi də yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.

 

Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalardaidman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin nüfuzunu yüksəldiblər.

Ölkəmizdə gəncliyin inkişafı ilə bağlı Dövlət Proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Dövlət başçısının sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ilielan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncamın imzalanması gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin və regionun ən güclü siyasi qüvvəsidir. Partiyamız ötən dövrdə şərəfli bir yol keçərək ümumxalq partiyasına çevrilib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da inkişaf edir, güclənir. Təsadüfi deyil ki, hazırda YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi üçün hərtərəfli dəstək göstərir. Bütün bunlara görə Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxduryeni qoşulanların əksəriyyəti də məhz gənclərdir.

YAP Gənclər Birliyi daim müxtəlif mövzularla bağlı layihələr həyata keçirir. Hər il olduğu kimi, 2017-ci ildə də partiyanın Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq il ərzində onlarla tədbir keçirib.

Belə ki, hər zaman olduğu kimi, ötən il də Gənclər Birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranıb, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırıb. 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar olaraq partiyanın Gənclər BirliyiDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib. Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Zirə Mədəniyyət Mərkəzində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilən “Xocalı” musiqili-kompozisiyanın təqdimatı olub. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin bərpa prosesində YAP Gənclər Birliyinin üzvləri inşaat dəstələri yaradaraq həmin kəndə səfər etmişbu prosesə də öz töhfələrini vermişlər.

Partiyanın Gənclər Birliyi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər də həyata keçirib. Belə ki, YAP Gənclər Birliyinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi ilə birgə təşkil etdiyiAprel döyüşlərinə həsr olunmuş “Qələbədən qələbəyə” adlı atıcılıq turniri gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Eləcə də “Qələbə yürüşükeçirilib.

Hər il olduğu kimi, ötən il də YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği təşkil etdi. Bu yöndə Gənclər Birliyinin BSU-da keçirdiyi “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfransı, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil etdiyi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşSağlam Gələcək” adlı velosiped turnirini, YAP GB-nin təşkilatçılığı ilə Milli Məclisdə “Heydər Əliyev milli parlamentimizin banisidirmövzusunda “dəyirmi masa”nı, partiyamızın bir qrup gənc üzvünün Heydər Əliyev adına Neft Emalı Zavoduna etdiyi ekskursiyanı, Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyanı, 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbirləri və s. qeyd etmək olar.

Müasir dövrdə, qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Bu baxımdan gənclərin qarşısında mühüm vəzifələr dayanır. Hər bir cəmiyyətin dinamikliyini qiymətləndirərkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verir, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasında xüsusi rol oynayırlar. Gənclərin qlobal çağırışlara adekvat cavab verməsi məsələsindən bəhs edərkən ilk növbədə müasir dövrdə qarşıya çıxan çağırışların xarakteristikasına, mahiyyətinə diqqət yetirmək lazımdır.

Qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin sıradan çıxması və ya “dəyərsizləşmə” sindromunun meydana çıxdığı müşahidə edilir. Belə olan halda milli dəyərlərin qorunması və bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsi strateji zərurətə çevrilir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, dövlətin yüksəksəviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən ölkəmizin gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr versin.

Seymur ORUCOV,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2018.-4 fevral.- S.4.