23 yaşlı doktorant
Prezident təqaüdçüsü,
“Qlobal səfir” Təbriz Cəfərovun beynəlxalq miqyasda əldə
etdiyi nailiyyətlər gəncliyimizin yüksək
potensialını əks etdirir
Son illər Azərbaycanda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Səsi dünyanın müxtəlif ölkələrindən, nüfuzlu universitetlərindən gələn gənclərimiz öz istedadları, bacarıqları ilə ölkəmizi layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində fəallıq nümayiş etdirirlər. Bir sözlə, xaricdə təhsil almaq Azərbaycanın təkcə bugünü üçün deyil, gələcəyinə qoyulmuş ən yaxşı sərmayədir.
Türkiyənin nüfuzlu
universitetində aparılan
elmi araşdırmalar
Belə gənclərimizdən biri
də Türkiyənin
Ankara Universitetinin 23 yaşlı
doktorantı Təbriz
Cəfərovdur. 1994-cü ildə
Naxçıvan Muxtar
Respublikasının Şərur
rayonunda ziyalı ailəsində anadan olan Təbriz 2011-ci ildə test imtahanlarından
yüksək bal toplayaraq Prezident təqaüdçüsü adına
layiq görülüb.
Ali təhsilini isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında
almaq qərarına gəlib. 2014-cü ildə Təbriz “Prezident təqaüdçüləri”
İctimai Birliyini təsis edib. Həmin il
Tailand Krallığının
paytaxtı Banqkok şəhərində keçirilən
Beynəlxalq Gənc Liderlərin 5-ci Assambleyasında
ölkəmizi təmsil
edib. UNESCAP, UNESCO, Qlobal
Sülh Fondu və Qlobal Gənc Liderlər Akademiyasının birgə
partnyorluğu ilə keçirilən toplantıda
əsas müzakirə
panellərindən biri
“Sülh üçün
mədəniyyət” olub
və həmin paneldə Təbriz Cəfərov “Dağlıq
Qarabağ” məruzəsi
ilə çıxış
edərək ümumi
sayı 250 nəfərdən
çox olan və 40-dan çox ölkəni təmsil edən iştirakçılara
münaqişənin mahiyyətini,
Azərbaycanın haqlı
mövqeyini özündə
ifadə edən məlumatlar verib. O, Qlobal Sülh Fondu, UNESCAP və Qlobal Gənc Liderlər Akademiyasının
birgə təsdiqi ilə “Qlobal səfir” statusuna layiq görülüb.
2015-ci ildə akademiyanın Siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq
ixtisası üzrə
təhsilini başa vuraraq ali təhsilin
magistratura pilləsini
Türkiyə Cümhuriyyətində
davam etdirmək qərarına gəlib və Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan
Türklər və
Dost Xalqlar Başqanlığı
tərəfindən elan
edilən təqaüd
proqramı əsasında
qardaş ölkənin
Səlcuq Universitetində
publik hüququ üzrə magistratura təhsilini davam etdirməyə başlayıb.
Bu müddət ərzində Təbriz Azərbaycan diasporu ilə fəal əməkdaşlıq edərək
toplantılara, forumlara
qatılıb və beynəlxalq konfranslarda öz məruzələrini
təqdim edib. Gənc hüquqşünas Avropa Birliyinin “Erasmus+” mübadilə
proqramı çərçivəsində
Portuqaliyanın Coimbra Universitetində
publik hüququ üzrə elmi araşdırmalarını da
davam etdirib.
Ötən ilin fevral ayında
yenidən Türkiyəyə
dönən Təbriz
üzərində çalışdığı
elmi işi - “Türkiyə və Azərbaycan Açısından
Publik Hüquqi Şəxslər Anlayışının
İncələnməsi” adlı
magistr dissertasiyasını
yekunlaşdıraraq hüquq
üzrə magistr elmi dərəcəsinə
yiyələnib. Bundan sonra Təbriz
təhsilin doktorantura pilləsini də oxumaq üçün yenidən Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan
Türklər və
Dost Xalqlar Başqanlığına
müraciət edib.
Gənc hüquqşünasın bu
müraciəti də
müsbət qiymətləndirilib.
Türkiyə dövləti bütün
xərcləri öz üzərinə götürməklə
“Hüquq üzrə fəlsəfə doktoru” proqramı üzrə onun doktorantura təhsilini Ankara Universitetində
almağına dair qərar verib. Ötən il
sentyabrın 21-dən Təbriz
Türkiyənin ən
köklü universitetində
elmi araşdırmalarını
davam etdirməyə başlayıb.
Gənclər Parlamenti
layihəsi gerçəkləşmək
üzrədir
Sosial şəbəkənin
imkanlarından yararlanmaqla
hazırda qardaş ölkədə olan Təbriz Cəfərovla söhbətləşib həm
təhsili, həm də ictimai fəaliyyəti ilə maraqlandıq.
Ankara Universitetinin hüquq elmləri üzrə doktorantı dedi ki, Azərbaycan dövləti hər zaman gənclərə həssas münasibət göstərib. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
və bu strategiyadan irəli gələn vəzifələrin
dəqiqliklə yerinə
yetirilməsi nəticəsində
hazırda Azərbaycan
gənci idman, elm, mədəniyyət, incəsənət
və s. sahələrdə
böyük nailiyyətlər
əldə edir, dövlətçilik ənənələrini
daim uca tutur, çoxşaxəli
islahatların həyata
keçirilməsində yaxından
iştirak edir.
Təbriz
hesab edir ki, xaricdə təhsil alan
və təhsilini başa vuraraq müxtəlif sahələrdə
çalışan gənclər
müasir dövrün
tələblərinə və
reallıqlarına uyğun
olaraq ölkəsinin təbliğatını da
aparmalıdırlar. Keçirdiyi görüşlərdə, iştirak
etdiyi toplantılarda Azərbaycan həqiqətləri
barədə geniş
məlumat verən gənc doktorant həm də yeni təşəbbüslərlə
çıxış edir.
Təbriz Azərbaycan-Türkiyə
hüquqşünasları arasında əlaqələrin
daha da möhkəmləndirilməsi,
Türkiyədə təhsil
alan Azərbaycan
gənclərinin vahid
şəbəkəsinin yaradılması
və Türk Şurasında (bu qurum türkdilli ölkələrin dövlət
başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan
şəhərində keçirilən
zirvə görüşündə
imzalanmış Naxçıvan
sazişinə əsasən
yaradılıb) Gənclər
Parlamentinin formalaşdırılması
təkliflərini irəli
sürüb.
Hazırda Təbriz Gənclər
Parlamenti layihəsi üzərində işləyir:
“Artıq bu təşəbbüsün reallaşması
ilə bağlı
ilk addımı atmışam.
Türkiyə Baş nazirinin
müavini Hakan Çavuşoğlu ilə
görüşüb məsələni
məruzə etmişəm.
O da bunu çox müsbət qiymətləndirib. Layihələşdirilmə başa çatdıqdan
sonra bir daha Hakan Çavuşoğlu
ilə görüşəcəyəm.
Sonra layihəni Türk Şurasının İstanbuldakı
ofisinə təqdim edəcəyəm”.
Azərbaycanlı tələbələrə
Türkiyədə yeni
imkanlar yaradılacaq
Ötən il noyabrın
22-də Təbriz Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Necdet Ünüvarla görüşüb və
görüşdə azərbaycanlı
tələbələrin Türkiyədə
irəli sürdüyü
təşəbbüslərin gerçəkləşdirilməsi üçün verilən
dəstəyin daha da artırılması, onların Türkiyənin
dövlət orqanlarında
staj keçməsi ilə bağlı ümumi razılıq əldə olunub: “Yəni hal-hazırda Türkiyədə belə
bir imkan mövcud deyil. Biz təklif etdik
ki, heç olmasa hər dövlət orqanında və ya bələdiyyədə
azərbaycanlı tələbələr
üçün bir yer ayırsınlar. Çünki universitetdən
məzun olan tələbələr iş
yerlərinə müraciət
edəndə staj tələbləri irəli
sürülür. Bu ideya, bir növ,
həmin tələbin
qarşılanmasına şərait
yarada bilər”.
Dekabr ayında Almaniyada keçirilən “Mədəni
Diplomatiya İllik Konfransında” iştirak edən “Prezident təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri bu ilin 19-20 yanvar tarixlərində Türkiyə
Prezidentinin baş müşaviri Yalçın
Topçunun iştirakı
ilə Azərbaycanın
Türkiyə səfirliyi
və “Yerli Düşüncə” İctimai
Birliyi tərəfindən
düzənlənən “Qərənfilin
ağıdı” 20 Yanvarı
anma tədbirinə qatılıb.
Tədbirdən sonra Təbriz şəxsi təşəbbüsü
ilə “Yerli Düşüncə” İctimai
Birliyinin rəhbəri,
TBMM-in deputatı Mətin
Gündoğdu ilə
görüş keçirib:
“Bu görüşdə mühüm
bir məsələni
həll etdik. Birlik rəhbəri ilə bu qurumun azərbaycanlı
tələbələrin başında
durduğu ictimai birliyin fəaliyyətində
daha yaxından iştirakının təmin
edilməsinə dair razılığa gəldik.
Belə ki, hazırda birlikdə azərbaycanlı
tələbələrin nümayəndəsi
yoxdur. Bu halın ən qısa zamanda aradan qaldırılması
üçün lazımi
addımların atılacağına
söz verildi”.
Böyük uğurlara doğru
Təbriz daim yeni hədəflərə
doğru irəliləyir
və yeni-yeni təşəbbüslərlə çıxış edərək
daha böyük uğurlar qazanmaq üçün üzərində
daim çalışır. İnanırıq ki, Azərbaycanı Türkiyədə layiqincə
təmsil edən gənc hüquqşünasın
tezliklə daha böyük uğurlarını
eşidəcəyik.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan gəncliyi sözün əsl mənasında inkişaf dövrünü
yaşayır. Ölkədə aparılan uğurlu
iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər
bir sahəsində olduğu kimi, gənclərin də milli-mənəvi inkişafına
böyük təkan verir. Gənclərimiz harada çalışmalarından
asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutur, Azərbaycan həqiqətlərini dünyaya
bəyan edirlər.
Reallıq, görünən mənzərə onu deməyə əsas verir ki, həyata
keçirilən gənclər
siyasəti öz bəhrəsini verməkdədir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2018.-2 fevral.- S.4.