Vüsalın uğur hekayəti

 

Yaxud bir gənc sahibkarın manifesti

 

Azərbaycan gəncləri bu gün tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Çünki qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

 

7 il Çində ali təhsil

 

Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətədavamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş istifadə olunur. Ölkəmizdə bacarıqlı, istedadlı, müasir gənclərin öz potensiallarını, qabiliyyətlərini nümayiş etdirmələri üçün münbit şərait yaradılıb. Əlbəttə ki, bu şəraitdən yararlanan istedadlı Azərbaycan gəncləri həm ölkəmizdə, həm də təhsil aldıqları, yaşadıqları xarici ölkələrdə Azərbaycan adına uğurlu təmsilçiliyə imza atırlar. Artıq ölkəmizin iqtisadi inkişafına hər cür töhfə verməyə hazır olan gənc sahibkarlar ordusu da formalaşıb. Onlardan biri də 31 yaşlı gənc adamı Vüsal Qurbanovdur.

1986-cı ildə Gəncə şəhərində anadan olan Vüsal Qurbanov 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. 2005-ci ildə Təhsil Nazirliyinin xətti ilə təhsilini Çin Xalq Respublikasının Pekin Dillər Universitetində davam etdirməyə başlayıb. Bir il burada Çin dilini öyrəndikdən sonra 2006-cı ildə Çin Renmin Universitetinin Hüquq fakültəsinə qəbul olunub. 2010-cu ildə təhsilinin bakalavr pilləsini başa vurduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında 2010-2012-ci illərdə Çinin Tsinghua Universitetində beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

 

22 yaşında Çində Azərbaycan şirkəti yaradıb

Ancaq 4 il ərzində, yəni Çində təhsil aldığı müddətdə gənc hüquqşünas təkcə elmlə məşğul olmayıb, o həm də dünyanın ticarət mərkəzi hesab olunan bu ölkədə özünü ticarət sahəsində sınamaq qərarına gəlib. 2008-ci ildə gənc mütəxəssis həm azərbaycanlı, həm də çinli tələbə yoldaşları ilə birgə bu ölkədə “GA” Ticarət və Konsultasiya Şirkətini təsis edib. Gənc sahibkarın icraçı direktor kimi çalışdığı şirkətin fəaliyyət istiqaməti həm beynəlxalq ticarət, beynəlxalq daşımaçılıq, həm də Azərbaycandan gələn adamları üçün ticari işlərlə bağlı məsləhətlər verməkdən ibarət olub.

22 yaşlı bir gəncin uzaq Çində Azərbaycan şirkəti yaratması və beynəlxalq ticarətlə məşğul olması həqiqətən də böyük uğur idi. Gənc adamı ilə söhbət zamanı o da bəlli oldu ki, 10 il öncə özünü iqtisadiyyatda sınayan hüquqşünas artıq bu sahədə yetərincə təcrübə toplayıb: “Şirkəti yaratdıqda ilk olaraq beynəlxalq daşımaçılıqla məşğul olmağa başladıq. Əlaqələr yaratdıq və imkanlarımız getdikcə genişləndi. Sonra Azərbaycandan gələn adamlarına kömək göstərməyə başladıq. Çində qurmaq, şirkət açmaq, oradakı bazarlarda hansı məhsulların satışından daha çox gəlir əldə etməklə bağlı məsləhətlər verirdik. Eyni zamanda hüquqi ixtisasımız olduğu üçün bu istiqamətdə də soydaşlarımıza yardımlarımızı əsirgəmirdik. Hüquqi prosedurlar, vizaların alınması və digər məsələlərlə bağlı çətinliyi olanlara kömək göstərirdik. 2012-ci ilədək Çində bu sahə üzrə xeyli təcrübə topladıq və vətənə qayıdıb işimizi bu sahədə davam etdirdik”.

 

“Global Assistant” qlobal şirkətə çevrilmə yolundadır

 

2012-ci ildə təhsilini başa vurub Azərbaycana qayıdan Vüsal Qurbanov məhz sahibkarlıq fəaliyyətinə üstünlük verir. Həmin il Amerika Birləşmiş Ştatlarında Corc Vaşinqton Universitetinin nəzdində iqtisadi hüquq ixtisası üzrə kurs keçdikdən sonra Bakıda “Global Assistant” şirkətini təsis edərək həm təsisçi, həm marketinq meneceri kimi çalışmağa başlayır: “2012-ci ildə Bakıda təsis etdiyimiz bu şirkətin fəaliyyət istiqaməti öncə ölkəmizə tikinti materiallarının (istilik sistemləri) idxalı satışından ibarət oldu. Bir qədər fəaliyyətdən sonra imkanlarımız daha da genişləndi bu gün dünyanın 6 ölkəsi ilə əməkdaşlıq edirik. Bunların sırasında Çin ilk yerdədir. Bundan başqa, Türkiyə, İtaliya, Polşa, Çexiya Rusiya Federasiyasından müasir istilik sistemləri (istilik tənzimləyiciləri, su qızdırıcıları, müxtəlif ölçülü borular, qızdırıcılar üçün elektrik tənzimləyicilər s.) idxal edirik. Şirkətimiz eyni zamanda Çinin 3 böyük müəssisəsinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Çin şirkətləri adətən heç bir ölkədə rəsmi nümayəndəliklərinin yaradılmasını istəmirlər. Onlar məhsullarını istənilən şirkətə satırlar. Ancaq bizim bu sahədə zəngin təcrübəmizi Çindəki fəaliyyətimizi nəzərə alaraq öz məhsullarının məhz “Global Assistant” tərəfindən Azərbaycan bazarında satışının təşkil edilməsinə razılıq veriblər. Bunların sırasında dünyanın nüfuzlu şirkətlərindən olan “STABA” da var. Mərkəzi ofisi Çində yerləşən bu şirkət əsasən dünya bazarına elektrik işıqlanma cihazları ixrac edir. Bundan başqa, “Shanhai Zenitşirkətinin rəsmi distribüteriyik. Bu şirkət əsasən müxtəlif avadanlıqlar, polad dəzgahlar istehsal edir. Azərbaycanda həmin materialların, məhsulların satışını yalnız biz həyata keçiririk”.

Ətrafına gəncləri toplayan Vüsal Qurbanov deyir ki, “Global Assistant” şirkəti ticarətlə yanaşı digər firma şirkətlərin biznes inkişafının artırılması üçün servis xidmətlərini həyata keçirir. Bundan başqa, şirkət Azərbaycandakı adamlarına xaricdən zavod fabriklər almaları üçün yardım göstərir: “Məsələn, əlində müəyyən qədər investisiyası olan sahibkar onu hansı istiqamətə yönəltməkdə tərəddüd edir. Bu şəxs bizə müraciət edir razılaşma olduqda hansısa xarici ölkədə fəaliyyət göstərən zavodla danışıqlar apararaq səhmlərini alırıq gəlib Azərbaycanda da həmin müəssisəni qururuq. Tam hazır olduqdan sonra sahibkara təhvil veririk. Son zamanlar belə təkliflərin sayı artmaqdadır. Bu da onu təsdiq edir ki, ölkədə sahibkarlar üçün dövlət tərəfindən yaxşı imkanlar yaradılır. Sahibkarlar da yeni-yeni istehsal sahələri yaradaraq biznes fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar”.

 

Yeni müəssisə Ələtdə yaradılacaq

 

“Global Assistant” şirkəti beynəlxalq dəniz daşımaçılıq prosesini həyata keçirir. 2017-ci il oktyabrın 30-dan Avrasiya məkanı üçün yeni yüksəliş uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra şirkətin imkanları bir qədər genişlənib. BTQ-nin açılışı beynəlxalq daşımaçılıqla məşğul olan şirkətlərin öz imkanlarını daha da genişləndirməsi üçün əlavə stimul yaradıb. Çünki əvvəllər yüklər 2 ay müddətinə daşınırdısa, indi bu müddət 15 günə enib. Artıq “Global Assistant” şirkəti həm dəniz, həm dəmir yolu daşımaçılıq prosesinin həyata keçirilməsi ilə məşğuldur: “İndi idxal etdiyimiz avadanlıqlar, məhsullar həm dəniz xətti, həm dəmir yolu xətti ilə Azərbaycana gəlir. İndi dövlət tərəfindən sahibkarlara daha rahat daha əlverişli imkanlar yaradılıb. Sifariş olunan məhsulları, avadanlıqları vaxtında ünvanına çatdıra bilirik. Onu da deyim ki, Azərbaycan beynəlxalq logistik mərkəzə çevrilib. Vergi gömrük sistemində tətbiq edilən yeniliklər sahibkarlara daha yaxşı imkanlar yaradıb. Məsələn, əvvəllər malların qəbul edilməsi üçün gömrük keçid məntəqəsinə gedirdiksə, indi bu proses onlayn həyata keçirilir. Kompüter vasitəsilə bütün prosesi idarə etmək mümkündürdeyən gənc adamının yeni hədəfləri daha böyükdür.

Vüsal Qurbanov öz komandası ilə birgə Azərbaycanda müasir istehsal sahəsi yaratmaq fikrindədir. Yeni müəssisəni Prezident İlham Əliyevin sərəncamı ilə Ələt qəsəbəsində yaradılmaqda olan Azad İqtisadi Zonada qurmağı planlaşdıran gənc sahibkar deyir ki, burada əsasən dəmir istehsalı ilə məşğul olacaqlar: “Dövlət başçısının sərəncamı ilə yaradılan Azad İqtisadi Zonada sahibkarlara böyük imtiyazlar veriləcək. Vergi, gömrük rüsumlarından azadolmalar sahibkarlara yeni-yeni istehsal sahələri yaratmağa geniş imkanlar açacaq. Bu, həm yeni-yeni yerlərinin açılması, həm gənc sahibkarlara real imkanların yaradılması baxımından çox mühüm bir addımdır”.

 

Daha böyük hədəflərə doğru

 

Vüsal Qurbanov deyir ki, əgər əvvəllər gənclərimiz xaricdə təhsil alıb ölkəyə qayıtdıqdan sonra hansısa peşə fəaliyyəti ilə məşğul olurdularsa, artıq buna ehtiyac qalmayıb: “Çünki Azərbaycanda mövcud olan ali təhsil müəssisələri yetərincə potensial gənc mütəxəssislər yetişdirir. Bütün bunlar isə Azərbaycanın uğurlu gələcəyinə hesablanmış proqramlardır. Əminliklə söyləmək olar ki, gələcək uğurların əldə edilməsində cəmiyyət həyatının hər bir sahəsində fəallığı ilə seçilən bugünkü Azərbaycan gəncliyinin mühüm töhfələri olacaq. Bu gün ölkəmizdə istənilən sahədə özünü sınayıb, yeni ideyalar ortaya qoyaraq uğur qazanan gənclər kifayət qədərdir və gənc sahibkarlara həqiqətən dövlət tərəfindən lazımi dəstək göstərilir.

İstənilən gənc “ASAN xidmət” mərkəzinə müraciət edərək 2 saat müddətində yeni şirkət yarada bilər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi isə sahibkarlara öz məhsullarını xarici bazarlara çıxarması üçün qısa zaman ərzində bütün lazımi sertifikatları verir. Məhsullarımız “Made in Azerbaijanbrendi ilə dünya bazarlarına çıxarılır. Artıq dünyanın bir çox ölkələrində Azərbaycan məhsulları brendə çevrilib. Yeni yaradılmış Ticarət evləri isə bu prosesə dəstək olur. Xarici ölkələrin adamları Azərbaycan məhsulları ilə tanış olurlar. Yaradılan şəraitdən yararlanan gənc sahibkarlarımız da Azərbaycan iqtisadiyyatına öz töhfələrini verirlər”.

Vüsal Qurbanovun hədəfləri böyük və genişmiqyaslıdır. Əsas odur ki, təşəbbüslərinin gerçəkləşdirilməsi üçün münbit mühit, real şərait mövcuddur. Demək, Vüsalın xoş soraqlarını daha çox eşidəcək, yeni nailiyyətlərinin şahidi olacağıq...

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2018.-2 fevral.- S.5.