Prezident qayğısı Zaqatalada inkişafquruculuğa böyük töhfə verir

 

...Yenə də Zaqataladayıq. Şimal-qərb bölgəsindəki ənənələri ilə məşhur olan bu məkana hər gəlişimizdə hansısa fərqli mənzərə ilə rastlaşırıq. Bu dəfə də belə oldu. Fəsil etibarı ilə qışın oğlan çağı olmasına baxmayaraq burada həyat qaynayırdı. Hər yanda tikinti-quruculuq işləri aşkar hiss olunmaqda idi.

Görülən işlər barədə bizə ilk olaraq rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Fərman Əhmədov məlumat verdi. O bildirdi ki, Prezident İlham Əliyevin rayona 2017-ci ilin avqustunda gerçəkləşən sonuncu səfərindən sonra Zaqatala şəhərində həyat daha da canlanıb. Çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün rayon icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 1 milyon manat vəsait ayrılıb. 2017-ci ilin noyabr ayından

1 beş mərtəbəli, 1 dördbir üç mərtəbəli, 17 iki mərtəbəli binalarda əsaslı təmir işlərinə başlanılıb.

Təmir-tikinti prosesinə start verildiyi az müddət ərzində görülən işlərin miqyası xeyli genişdir. Abad həyət” layihəsi çərçivəsində 200 ailənin yaşadığı Sülh küçəsindəki 1, 3, 9 və 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində 0.9 hektar sahədə abadlıq və təmir işlərinə başlanılıb. Hazırda bu işlər davam etdirilir. Baş plan mövcud ərazinin sahəsinə və relyefinə əsasən həll olunub. Ərazidə 2425 kvadratmetr yaşıllıq sahəsinin salınması, sahəsi 448 kvadratmetr olan idman meydançasının, istirahət və uşaq oyun meydançalarının, suvarma və işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub.

Şəhərin tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamı olaraq Füzuli, 28 May küçələrində və Qala düzü pilləkənlərində təmir işlərinə başlanılıb. Zaqatala şəhərində ötən əsrin 50-ci illərində inşa edilmiş 116 pilləkəndən ibarət olan Qala düzü pilləkənləri şəhərin monumental abidələri sırasına daxildir. Həmin pilləkənlər şəhərin Qala düzü yaşayış massivi, Zaqatala qalası və Heydər parkını birləşdirməklə yanaşı, şəhərə xüsusi görkəm verir.

Pilləkənlərdə yararsız vəziyyətə düşmüş mərmər və travertin üzlük materialı sökülərək yanmış qranit üzlüyü ilə əvəzlənir və işıqlandırma sisteminin yenilənməsi, istinad divarının tikintisiyerli qaya daşı ilə üzlənilməsi nəzərdə tutulub.

Şəhərin Azərbaycan prospekti, Nizami, H.Z.Tağıyev, Ü.Hacıbəyov, E.Ağayev küçələrində beton səki daşlarının quraşdırılması, azbest-sement borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxlarının çəkilişi, yararsız vəziyyətdə olan istinad divarlarının bərpa edilərək yerli qaya daşı və kərpiclə üzlənilməsi, işıqlandırma sistemlərinin yenilənməsi, Heydər parkında yay səhnəsinin və səkilərin tamet örtüyünün dəyişdirilməsi işlərinə başlanılıb.

Zaqatala şəhərində aparılan abadlıq və təmir işləri əhali tərəfindən də böyük rəğbətlə qarşılanır. Rayonda qeyri-məşğul əhalinin ödənişli ictimai əmək fəaliyyətinə cəlb edilməsinə də xüsusi diqqət yetirilir. Bu da işlərin çoxluğundan irəli gəlir. Şəhərdə 31 çoxmənzilli yaşayış binasında təmir işləri aparılıb. Bunun üçün 147 nəfər işlə təmin edilib. Binaların ümumilikdə 16 min 245 kvadratmetr dam örtüyü, 20 binanın blokları təmir edilərək qapı və pəncərələri yenilənib. 7680 kvadratmetr rəngləmə işləri aparılıb və 7 binanın 4610 kvadratmetr fasadı rənglənib.

Eyni zamanda, şəhərin Azərbaycan prospekti 39 və 96 saylı, C.Cabbarlı küçəsində 4 və 6 saylı yaşayış binalarının ümumilikdə 1596 kvadratmetr dam örtüyü əsaslı təmir edilib.

Zaqatala şəhərinin küçələrinə ümumilikdə 34550 kvadratmetr asfalt örtüyü döşənib.

Keçən il regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası olaraq rayonda təhsil və məktəbəqədər təhsil müəssisələrinin təmiri, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində də işlər davam etdirilib. Car, HöytalaUzunqazmalar kənd ümumi orta məktəb binalarının yerində modul tipli məktəb binaları quraşdırılaraq yeni inventar və avadanlıqlarla təchiz edilib. Ümumilikdə 192 şagird normal şəraiti olan məktəblərdə təhsil almaq imkanı qazanıb.

Prezident İlham Əliyev 5 avqust 2017-ci ildə rayona növbəti səfəri zamanı Bəhmətli kəndində inşa edilmiş 110/35/10 kilovoltluq müasir tipli qapalı yarımstansiya binasının açılışında iştirak edibgül yağı istehsalı zavodunun tikintisinə baxış keçirib.

İl ərzində rayon məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Aşağı Tala kənd həkim məntəqəsinin tikintisiZaqatala Beynəlxalq Hava Limanında əsaslı yenidənqurma işləri başa çatdırılaraq açılışları olub. Eyni zamanda, Aşağı Tala kəndində gül yağı istehsalı zavodunun tikintisi aparılıb. Zaqatala Telekommunikasıya Qovşağının inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq binanın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. “Şəbəkə” xidmət mərkəzində əhaliyə rabitə və poçt xidmətləri - bütün növ ödəmələr, telefon çəkilişləri, internetə qoşulma, “e-maiqeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və tur paketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunur.

Rayonda ümumi sahəsi 11 min kvadratmetrdən çox 88 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Sahibkarlar tərəfindən rayonda 15.2 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılıb.

Bu tikinti-quruculuq işləri sözsüz ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər və daxili imkanlar hesabına mümkün olub. Bir sözlə, Zaqatala şəhərində, rayonun qəsəbə və kəndlərində başlanan abadlıq və quruculuq işləri yaxın zamanlarda bu məkanın daha da fərqli görkəm alacağından xəbər verir.

 

Əli SƏLİMOV,

Azərbaycan.-2018.-3 fevral.- S.1;6.