“Prokurorluq
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini
rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan
Respublikasının Qanununu Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 688; 2000, ¹ 7, maddə 494; 2002, ¹ 8, maddə 464; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 202; 2005, ¹ 10, maddələr 874, 876, 902; 2006, ¹ 11, maddə 927; 2007, ¹ 1, maddə 1, ¹ 2, maddə 82; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddələr 877, 878; 2010, ¹ 11, maddə 944; 2011, ¹ 4, maddə 269, ¹ 7, maddə 611, ¹ 11, maddə 987; 2012, ¹ 6, maddə 519; 2014, ¹ 3, maddə 237; 2016, ¹ 6, maddələr 1012, 1017) aşağıdakı dəyişikliklər edilsin:
1.
4-cü maddənin birinci
hissəsi üzrə:
1.1. yeddinci abzasa
“məhkəmə qərarlarından”
sözlərindən sonra
“və səlahiyyətli
orqanın (vəzifəli
şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə
edilsin;
1.2. səkkizinci abzas doqquzuncu abzas hesab edilsin
və aşağıdakı
məzmunda səkkizinci
abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;”.
2. 21-ci maddənin birinci hissəsi üzrə:
2.1. yeddinci abzasa
“məhkəmə qərarlarından”
sözlərindən sonra
“və səlahiyyətli
orqanın (vəzifəli
şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından” sözləri əlavə
edilsin;
2.2. beşinci-yeddinci abzaslar müvafiq olaraq altıncı - səkkizinci
abzaslar hesab edilsin və aşağıdakı məzmunda
beşinci abzas əlavə edilsin:
“qərardad;”.
3. Aşağıdakı məzmunda
24-1-ci maddə əlavə
edilsin:
“Maddə 24-1. Qərardad
Prokuror Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulan hallarda inzibati xəta haqqında işin başlanmasının rədd
edilməsi haqqında
əsaslandırılmış qərardad qəbul edir.”.
4. 27-ci maddə üzrə:
4.1. adına “Məhkəmə
qərarlarından” sözlərindən
sonra “və səlahiyyətli orqanın
(vəzifəli şəxsin)
inzibati xəta haqqında iş üzrə qərarlarından
və ya qərardadlarından” sözləri
əlavə edilsin;
4.2. birinci hissədə “prosessual qanunvericiliyində”
sözləri “Cinayət-Prosessual
Məcəlləsində, Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində”
sözləri ilə əvəz edilsin və həmin hissəyə “məhkəmə
qərarlarından” sözlərindən
sonra “və səlahiyyətli orqanın
(vəzifəli şəxsin)
inzibati xəta haqqında iş üzrə qərarlarından
və ya qərardadlarından” sözləri
əlavə edilsin;
4.3. ikinci hissədə
“Protest” sözü “Məhkəmə
qərarlarından protest” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan.-2018.-3 fevral.- S.2.