“Lotereyalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
bəndini rəhbər tutaraq, “Lotereyalar haqqında” Azərbaycan
Respublikasının Qanununu Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Lotereyalar
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 309;
2009, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddə 422; 2017, ¹ 2, maddə
144) 8.11-ci maddəsinə “qadağan edilmiş” sözlərindən
sonra “və ya keçirilmə hüququ əldə edilməmiş”
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 dekabr
2017-ci il
Azərbaycan.-2018.-3 fevral.- S.2.