“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq, “Uşaqların icbari dispanserizasiyası
haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Uşaqların
icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013, ¹ 4, maddə 360) 14.1.3-cü maddəsində “dəyişdirdikdə
bir ay müddətində ərazi üzrə tibb müəssisəsində
uçota alınmaq” sözləri “dəyişdikdə
uşağın uçota alınması üçün ərazi
üzrə tibb müəssisəsinə bir ay müddətində
müraciət etmək” sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 dekabr
2017-ci il
Azərbaycan.-2018.-3 fevral.- S.2.