“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun
tətbiqi və “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli
24 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹11, maddə 666; 2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510; 2012, ¹ 5, maddə 423, ¹ 11, maddə 1079; 2014, ¹ 9, maddə 1043; 2015, ¹ 2, maddələr 110, 140, ¹ 6, maddə 707, ¹ 10, maddə 1116; 2016, ¹ 3, maddə 456, ¹ 4, maddələr 662, 666, ¹ 6, maddə 1062, ¹ 11, maddə 1839; 2017, ¹ 5, maddə 758, ¹ 8, maddə 1521) 2-ci hissəsinin yeddinci abzasından “və onun qeydində” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 fevral 2018-ci il
Azərbaycan.-2018.- 3 fevral.- S.2.