Ə.İ.Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  2  fevral 2018-ci il

Azərbaycan.-2018.-3 fevral.- S.3.