Sərgi Gənclər
Gününə həsr edilib
2
fevral 2018-ci il tarixində saat 11:00-da M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasında “2 fevral - Gənclər Günüdür”
adlı kitab sərgisinin açılışı
olmuşdur. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov
açmışdır. O, ümummilli lider Heydər
Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana
əsasən, bu tarixin Gənclər Günü elan edilməsindən, Azərbaycanda dövlət
quruculuğu sahəsində gənclərin müstəsna
rolundan, hər bir sahədə gənclərə dövlət
tərəfindən göstərilən yüksək
qayğıdan, onların cəmiyyətin ictimai-siyasi həyatında
yaxından iştirakından söz açmışdır.
Professor Kərim Tahirov ölkə rəhbəri İlham
Əliyevin ulu öndərin gənclər
siyasətini uğurla davam
etdirdiyini vurğulamış, gələcəyin qurucuları
olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq,
dövlətçilik ruhunda tərbiyə olunması
üçün görülən işləri diqqətə
çatdırmışdır.
Sonra
çıxış edən gənclər bu gün müstəqil
Azərbaycan dövlətində onlara göstərilən
qayğıdan, hər bir sahədə dövlətin dəstəyini
hiss etdiklərini söyləmişlər.
Sonda tədbir
iştirakçıları “2 fevral - Gənclər
Günüdür” adlı geniş kitab sərgisi ilə
tanış olmuşlar. Sərgi
tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
“2
fevral - Gənclər günüdür” adlı kitab sərgisi
davam edir.
Milli
Kitabxananın nəzdində fəaliyyət göstərən
Açıq Kitabxanada “Gəncliyimiz sabahımızdır”
adlı tədbir keçirilmişdir. Tədbirdə 8
saylı məktəbin 8a sinif şagirdləri iştirak
etmişlər. Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Gənclər
Gününün yaranma tarixindən, dövlət başçısı
İlham Əliyev tərəfindən gənclərə
göstərilən diqqət və qayğıdan
danışmış, onlara ölkəmizin sayılan gəncləri
sırasında olmalarını arzulamışdır. Tədbirdə həmçinin kitab
və dövri mətbuat sərgisi təşkil edilmişdir.
Gənclər şərgilənən ədəbiyyatla
tanış olmuş, sonda xatirə şəkli çəkdirmişlər.
Azərbaycan.-2018.-3 fevral.- S.8.