“LIVEJOURNAL”: Cənubi
Qafqazın ən nüfuzlu xanımı
Rusiyanın
“LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən
nüfuzlu xanımı kimi səciyyələndirən məqalə
dərc olunub. AZƏRTAC məqaləni
təqdim edir.
Bu yaxınlarda, daha dəqiq desək 2017-ci il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edib. Mehriban Əliyevaya bu mükafat “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görə” təqdim edilib. Bununla əlaqədar belə bir sual yaranır: Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək ordenlə təltif olunub. Sən demə, buna əsaslı səbəb var imiş. İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran məsələləri araşdırmağa çalışdıq.
Onu Cənubi Qafqazın ən nüfuzlu
xanımı adlandırırlar, müasir
dəbin simalarından biri hesab
edirlər və artıq bir ilə
yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində
çalışır. İnsanlar bu xanımın müdrikliyinə və
gözəlliyinə heyrandırlar.
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan biri olacaq. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım tələbəlik dövründə Azərbaycan Respublikasının indiki Prezidenti, o vaxt hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında oxuyan İlham Əliyevlə ailə qurub.
Zahirən kövrək bir
qadın olan Mehriban
Əliyeva bütün həyatını ictimai fəaliyyətə və insanlara kömək işinə həsr edib. O, dörd
ildən artıq müddətdə Moskva
Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda işləyib, sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin
Dostları” adlı xeyriyyə fondunu
yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs”
adlı mədəni-tarixi jurnal təsis edib və bu nəşrin redaktoru olub.
Mehriban
Əliyevanın öz ölkəsində və bütün
dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi
isə həm də Azərbaycanın Birinci
vitse-prezidenti respublikada
mühüm bir qurum olan Heydər
Əliyev Fonduna başçılıq edir. 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun prezidentidir.
Mehriban Əliyevanın siyasi
karyerası və ictimai fəaliyyəti
dövründə onun dəstəyi ilə
yüzlərlə məktəb və xəstəxana tikilib. O, ehtiyacı olanlara
həmişə kömək əlini uzadır.
Mehriban Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini, konkret addımlar atılmasını tələb
edir. Ən dəhşətlisi laqeydlik və biganəlikdir. Bunlar
olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət
xidmətində çalış, sadəcə,
insanlığı qoruyub saxlamaq
lazımdır”.
Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi, imic əhəmiyyəti kəsb edən layihələrə diqqət yetirək:
-Bakıda “Eurovision-2012”;
-2015-ci ildə Avropa Oyunları;
-2017-ci ilin mayında
Bakıda keçirilmiş
İslam Həmrəyliyi
Oyunları.
O, Şərq ölkələrində
siyasətin yalnız kişi işi
olması barədə
stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə
müxtəlif fəxri
təltiflərə layiq
görülüb. Məsələn, Fransa Respublikasının
“Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl “Motsart medalı”.
2005-ci ildə o, ictimai, mesenatlıq və xeyriyyə fəaliyyətinə,
təhsil və mədəniyyət müəssisələrinin
dəstəklənməsinə sanballı töhfələrə,
Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Rusiyanın “Yüzilliyin mesenatları”
Beynəlxalq Xeyriyyə
Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Azərbaycanın birinci xanımı
dəfələrlə vurğulayıb
ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin
uğurlu inkişafı
çox vacibdir.
Məhz bu səbəbdən o, Azərbaycanda
rus dilinin inkişafına, respublikadakı
rusdilli orta və ali
təhsil müəssisələrinə
bu cür qayğı göstərir.
Azərbaycanın Birinci vitse-prezidentinin
fikrincə, “Rusiya ilə Azərbaycan arasında münasibətlər
möhkəm tarixi təməl üzərində
qurulur və dostluq, qarşılıqlı
anlaşma və sıx əməkdaşlıq
xarakteri daşıyır”.
Mehriban Əliyevanın
Azərbaycanın Birinci
vitse-prezidenti vəzifəsinə
təyin edilməsi respublika isteblişmentində
onun yüksək statusunu rəsmən təsbit edib. Necə deyərlər,
birinci xanım dövlətdə ikinci şəxsdir. Onun bu vəzifəyə təyin
edilməsinə ictimaiyyətin
münasibəti birmənalı
olmasa da, Azərbaycan və Rusiya xalqları bu xəbəri çox səmimi və müsbət qarşıladılar. Çünki birinci xanımın həm öz ölkəsində, həm
də Rusiyada necə böyük hörmət qazanması və onun öz
xalqının mənafeyi
naminə gördüyü
işlərə görə
necə sevilməsi məlumdur. Zəngin
iş təcrübəsinə
malik olan Mehriban Əliyeva bu vəzifəyə təyin ediləndən dərhal sonra fəal və qətiyyətli işlərə
başlayaraq ölkə
Prezidentinin düzgün
qərar qəbul etməsini sübuta yetirdi.
Mehriban Əliyevanın
uğurları təkcə
siyasi və ictimai fəaliyyətlə
məhdudlaşmır. O, həm
də qayğıkeş
həyat yoldaşı
və üç övlad böyüdən
xoşbəxt anadır.
Əliyevlər ailəsi nümunəvi
ailədir. Təntənəli tədbirlərdə Prezident
və xanımı həmişə birgə iştirak edirlər.
Ailə qurmalarından 30 ildən çox keçməsinə
baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı
hörmət hisslərini
qoruyub saxlayıblar.
Buna görə onlara heyran olmamaq
mümkün deyil.
Mehriban xanım öz ailəsini çox sevir və həmişə
onun yanında olmağa çalışır,
çünki onun fikrincə, məhz ailə dəyərləri
birinci yerdə olmalıdır.
Bütün bunlarla bərabər, ötən illər ərzində Mehriban Əliyeva həm də dəbin həqiqi siması sayılıb. Birinci ledinin fotoşəkilləri
dünyanın moda nəşrlərinin səhifələrindən
düşmür. Onun qüsursuz
zövqü və gözəlliyi stilistlərin
və dizaynerlərin dilinin əzbəridir.
Həqiqətən, zaman keçdikcə
bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox
vaxt qızları ilə dəyişik salırlar. Məsələn,
Ağ evdə Əliyevlər ilə
ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı
maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi
təmin edən
ABŞ xüsusi xidmətlərinin
agentləri Əliyevlər
ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana və
kimlərin onun qızları olmasını
dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir.
Bütün bunlara və bir sıra başqa səbəblərə görə Mehriban Əliyeva elə bir
siyasətçidir ki, dünyanın hər
yerində onun haqqında
danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban
Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini,
özünə inamını və son dərəcədə
dözümlü olmasını nəzərə
alaraq cəsarətlə deyə bilərik
ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində
inanılmaz dərəcədə populyarlığı əsil
fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə
onun gördüyü
xeyirxah işləri ordenlə
mükafatlandırıb.
Azərbaycan.-2018.-3 fevral.- S.4.