“Əmək” ordenli fermer

İnişil Prezident İlham Əliyevin “Əmək” ordeni təsis edilməsi haqqındakı fərmanı hər bir zəhmət adamının ürəyincə oldu. Bu, çoxlarına bir anlığa SSRİ dövrünün ən yüksək mükafatlarından olan Sosialist Əməyi Qəhrəmanı adını xatırlatdı. O dövrdə bu ada layiq görülənlər cəmiyyətdə, xalq arasında böyük hörmət-izzət sahibi idilər. Onlar müxtəlif dövlət tədbirlərinin rəyasət heyətlərində əyləşərdilər. El şənliklərində, digər mərasimlərdə onların iştirak etmələri həmin məclis sahibləri üçün şərəf hesab olunardı.

İctimai-iqtisadi formasiyadan, quruluşdan asılı olmayaraq, ən yaxşı xüsusiyyətləri, ənənələri yaşatmaq müsbət haldır. Bu baxımdan müdrik rəhbərlər yaxşını yaşatmaqla öz xalqının, dövlətinin inkişafına, tərəqqisinə xidmət edirlər. Sevindirici haldır ki, bu, ölkəmizdə də belədir. Müxtəlif sahələrdə çalışan və həyatlarını sevdikləri sənətə, işə həsr edən, seçilən adamlar ordenmedallarla təltif edilir, fəxri adlara, yüksək mükafatlara layiq görülürlər.

“Əmək” ordeni ilə ilk dəfə təltif olunanlar arasında Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Fazil Musayevvar. Özüo, bu ordenin birinci dərəcəsinə layiq görülən 3 nəfərdən biridir. Bu münasibətlə onunla görüşməyi qərara aldıq. Arayıb-axtarmaqda çətinlik çəkmədik. Rayon icra hakimiyyətinin məsul işçisi Kamil Qurbanlı yardımçımız oldu. Kamil müəllim əvvəlcə F.Musayevin qardaşına zəng etdi. O, Fazilin dalınca Lənkərana getdiyinigünortadan sonra qayıdacağını bildirdi. Vaxtdan istifadə edib Biləsuvar rayonunun keçən təsərrüfat ilində pambıqçılıq sahəsində qazandığı nəticələrlə maraqlandıq. Öyrəndik ki, Biləsuvar rayonu üzrə keçən il pambıq əkilmiş 11 min 351 hektardan 24 min 762 ton məhsul yığılmışdır. Məhsuldarlıq 21,8 sentner olmuşdur ki, bu da ötənildəkindən xeyli çoxdur. Əldə edilən bu nailiyyətdə torpaq mülkiyyətçilərindən Lətif Cəfərov, Anar Abbasov, Kamal İmanov, Xudaverdi Mahmudov xüsusilə fərqlənmişlər.

Fazil Musayevlə də günün ikinci yarısında görüşdük. Tanış olub söhbət etdik. Dedi ki, əslən Cəlilabad rayonundandır. 1949-1950-ci illərdə İranla sərhəddə yerləşən kəndlərdən birində yaşayan ailələrini oradan köçməyə məcbur ediblər. Ata-anası Saatlı rayonunun Ukrayinski Otrub kəndinə gəliblər və Fazil də 1965-ci ildə orada anadan olub. 4 bacısı və 4 qardaşı var. 1969-cu ildə ailə doğma yurda yaxınlaşmaq istəyi ilə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində məskunlaşıb. Fazil bu kənddə məktəbə gedib, orta təhsili yaxşı qiymətlərlə başa vurub. Əsgərlik borcunu Macarıstanda yerinə yetirəndən sonra Aşağı Cürəli kəndinə qayıdıb. Bir il buradakı “Şəfəq” kolxozunda işləyib. Sonra ali təhsil almaq üçün Belarusiyaya gedib və 1987-ci ilin yayında Vitebsk vilayətinin Nopolski şəhərindəki Politexniki İnstituta daxil olub. Birinci kursu qurtarar-qurtarmaz atasının ölüm xəbəri gəlib. Ailədə böyük oğul olduğu üçün təhsilini buraxıb evə dönüb, yenidən təsərrüfatda çalışmağa başlayıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra kənd təsərrüfatında aparılan torpaq islahatı əl-qolunu açıb. 4 hektar pay torpağını nümunəvi qaydada becərib. Çəkdiyi zəhmət yerdə qalmayıb. Nəzərdə tutduğundan da çox məhsul götürüb. Əldə etdiyi qazancla 5 hektar əlavə torpaq alaraq sahəni 9 hektara çatdırıb. Bununla bərabər, yaxın qohum-qonşusundan da haqqını ödəməklə hər il icarəyə torpaq sahəsi götürüb. Taxıl, yonca ilə yanaşı, hər il pambıq da əkib.

“Sən ki aqronom, kənd təsərrüfatı mütəxəssisi deyilsən, yüksək məhsul götürməyin sirrini haradan öyrənmisən” sualına belə cavab verdi: “Düz deyirsiniz, bu sahədə təhsilim yoxdur. Lakin belə bir misal var: ehtiyac ən böyük müəllimdir. Ehtiyacım olduğu üçün ən yaxşı mütəxəssislərdən öyrənməyi özümə indinin özündə də ar bilmirəm. Tez-tez onlara müraciət edirəm. Lazım olanda xahiş edirəm ki, əkib-becərdiyim sahəyə baxıb məsləhət və tövsiyələrini versinlər. Sağ olsunlar, onlar da mənim sözümü heç vaxt yerə salmırlar. Biləsuvarda isə təcrübəli, torpağın, bitkilərin dilini bilən mütəxəssislər istədiyin qədərdir. Beləcə, illər keçdikcə onların yanında kifayət qədər təcrübə toplamışam. Bir də, eşitdklərimi, soruşub öyrəndiklərimi xüsusi dəftərə qeyd etmişəm ki, lazım gələndə oxuyub yadıma salım. Hansı bitkinivaxt əkmək, necə becərmək haqqında qeydlərim həmişə köməyimə çatır. Kənd təsərrüfatı həssas sahədir. Hər bir işi öz vaxtında, elmi dillə desək, optimal müddətdə görməsən, yüksək məhsul əldə etmək mümkün deyil”.

Fazil Musayev heç vaxt əldə etdiyi nailiyyətlərlə nə kifayətlənib, nə də qürrələnib. Dünyagörüşü, düşüncəsi onu həmişə irəliyə baxmağa, halal zəhmətlə dolanmağa səsləyib. Keçən il pambıq əkdiyi 15,8 hektar sahədən 79 ton, yəni hər hektardan orta hesabla 53 sentner yüksək keyfiyyətli məhsul götürüb. Yüksək məhsul isə xoş güzəran, firavan həyat deməkdir. F.Musayev ötən il pambıqdan 39,5 min manat gəlir əldə edib. 10,5 min manat istehsal xərclərini çıxdıqdan sonra 29 min manat xalis gəliridir. Üstəgəl götürdüyü 79 ton məhsula görə dövlətdən 7,9 min manat subsidiya alacaq. Deməli, F.Musayev keçən il əkib-becərdiyi 15,8 hektardan 36,9 min manat mənfəət əldə etmiş olacaq. Bununla yanaşı, o, keçən il 9 hektarda yonca, 2 hektarda buğda, 3 hektarda bostan-tərəvəz əkib-becərib. Onlardan da gələn mənfəəti nəzərə alsaq, torpağın halal əməyinin ona ailəsinə necə güzəran yaratdığı, şan-şöhrət gətirdiyi aydın görünür.

Bu gün Biləsuvarda hamı onu qazandığı uğur, birinci dərəcəliƏməkordeni alması münasibətilə təbrik edir. O da kəndli üçün yaradılan şəraitdən söhbət açır: “Bütün bunlar ölkə rəhbəri Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət qayğının nəticəsidir. Pambığın qiyməti artırılıb, subsidiya verilir, məhsulu satmaqda heç bir çətinlik yoxdur, onu ilin əvvəlində müqavilə bağladığı təşkilata təhvil verirsən. Təkcə rayonumuzda 3 belə müəssisə var. Onlar pambıq əkən hər bir fermeri, torpaq mülkiyyətçisini toxum, texnika, lazımi gübrə preparatlarla təmin edir. Deməyim odur ki, istehsalçılar üçün lazımdırsa, edilir. Qalanı isə biz kənd adamlarından asılıdır”.

F.Musayev cari ildə 47 hektarda pambıq əkməyi planlaşdırıb. Həmin sahələrdə şum aparılıb. Çalışır ki, əməyinə verilən yüksək qiyməti doğrultsun.

F.Musayev həm də qayğıkeş atadır - 3 oğul böyüdür. Böyük oğlu Murad Musazadə Neft Akademiyasının tələbəsidir. CavidToğrul isə orta məktəbdə oxuyurlar. Fazil öz təsərrüfatında 15 nəfəri də işlə təmin edib.

Əmək qəhrəmanımızla görüşüb ayrıldlq. Ancaq onunla etdiyimiz söhbətin təəssüratından yol boyu ayrıla bilmədik. Fikirləşdik ki, insan ürəklə, qəlbinin hökmü ilə hansı işdən yapışırsa, uğur qazanır. Bu uğurun bəhrəsi, nəticəsi olanda isə dəyəri, qiyməti daha da artır.

Seyran CAVADOV,

Azərbaycan.-2018.-3 fevral.- S.6.