İstila xatirələri

Komunistlər və istila

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd edəcəyik.

Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

 

İstilamı, ixtilalmı?

Bu sorğuya tarixi vəsaiq qəti bir lisanla cavabını vermişdir.

Fəqət Moskvada tarix kapitalist burjua sinfininuydurmasıdır”. Onlar üçün tarix yalnız marksizm leninizm baxışı ilə, proletar sinfininmənafeinöqteyi-nəzərindən, sinif mücadiləsi şəklində yazılan yazılara deyilir. Son milli fəlakətimizin tarixini dəxi bu baxışla yazan MoskvaalimləriAzərbaycana vüqu bulan xainanə rus təcavüzünü Azərbaycan proletarininüsyanı rusları dəvətləri şəklində göstərə bilirlər.

Fəqət həqiqət böyləmidir? Bu xüsusda bir qaç mühüm məsul komunistləri dinləyəlim.

Onların çoxu şimdi ölmüşlər. Fəqət məzardan səs gəlməzmi? Gərək məzardan (məzar tam mənasilə degil - Xəzərin dalğaları arasından) eşidilən bu səslər, gərəksə şimdi sürgündə bulunan komunistlərin ifadələri heç əhəmiyyətsiz degildir.

İştə sizə bir qaç mühüm komunist simalar:

Əbdül Baqi, Əhmədzadə Əhməd, Eyyub Xanbudaqov, Mahmud Xanbudaq, Ruhullah Axundov, Cəbioğlu Həbib ... ilax. Şimdilik bunları dinləyəlim. bunları dinləmədən əziz oxuculara birər-birər təqdim edəlim.

Bunlar ta əskidən komunist olmuşlar istiladan sonra Azərbaycan Komunist firqəsinin heyəti-mərkəziyə əzası eyni mərkəzin (Əbdül Baqi Əhməd xaric olmaq üzrə) sənələrcə rəyasət mövqeində bulunmuşlardır.

Xatırlıyoram. Məhmədzadə Əbdül Baqi, Nəriman Nərimanovun bu ən yaxın dostu, 1905 sənəsindən bəriHümmətsosyalist təşkilatının sadiq əzası, bizimlə çox uzun mücadilə tarixilə mərtubdur. Hər yerdə təsadüf etsəydik, çarpışardıq. Əmələ mitinqlərində, köylü yığıncaqlarında, münəvvərlər ictimasında hər yerdə... İstiladan sonra bir məktəbdə, milli bayramlardan birisi mərasimlə icra ediliyordu. Yenə üz-üzə idik. Bu adam Leninin doğulduğu günü milli bayramlara tərcih etdigini mütəzəmmin bir nitq söyləmişdi. Ona səbəbini sorunca:

- Çünki o, millətlərin istiqlal hürriyyətini elan etmişdir.

- Ya biz bir millət degilmiyiz?

- Onlar burada qalmaq üçün gəlmədilər, Anadolunun yardımına getmək üzrə buraya gəldilər.

Fəqət bir müddət sonra rusların Azərbaycandan çıxmaq üçün gəlməmiş olduqları, buradan ayrılmıyacaqları, “Anadoluya yardımsözlərinin isə qızıl yalandan ibarət olduğu Əbdül Baqiyə dəxi bəlli olmuşdu. Dostu mürşidi Nəriman rus qızıl ordusunuAzərbaycan proletarinin evladlığına qəbul etdigini bunu bir dekretlə elan elədigini eşidincə Əbdül Baqi çilədən çıxmışdı. Artıq bundan sonra yerləri dəgişmək lazımdı. Elmi fizikdə bir qanun vardır: 2 cisim eyni zamanda eyni yeri işğal edəməzlər!.. Ruslar Azərbaycanda, Əbdül Baqi isə Sibiryada qalmalı oldu.

* * *

Darülfünun tələbəsi, eyni zamanda Bakının zəngin ailələrindən birinə mənsub olan Əhməd çox atəşin ixtilalçı bir gəncdi. Müxalif, hətta qanlı düşmən olmamıza rəğmən onda fövqəladə bir surətdə mühafizə edilmiş milli bir səciyyənin əsərləri baqi idi. Daima görüşür, qonuşuyordu.

1921 sənəsi, 28 nisanda Bakının şəhər parkında bulunan möhtəşəmYay kulubü” (Yaz kulubu) binasında Azərbaycan sovetlərinin 1-ci qurultayı çağırılmışdı. Nəriman Nərimanov rapor oxuyordu.

Əhməd rapor müzakirə edildigi zaman Nərimana şunları sormuşdu:

- Yoldaş Nəriman! Müsafirlərimizin müsafirligi çox uzun sürdü. Heç gedənə bənzəmədikləri sürətlə hər sahədə yerləşməgə səy etdiklərindən bəlli... Hər şeyi əllərinə aldılar. Qorxuram ki, Azərbaycan ismini qaldırsınlar!

Əhmədin hətda rəbtə keçən bu nitqi qəzalardan gəlmiş köylü mürəxxəsləri tərəfindən şiddətlə alqışlanmışdı.

Çox iyi xatırlıyoram. Nəriman heyrətlə yerindən qalxdı:

- Yoldaş Əhməd, bən sizi anlamadım, - dedi.

Əhməd ildırım sürətilə kürsüyə atladı dedi ki:

- Yoldaş Nəriman bəni anlamadı, buna çox təəssüf edirəm. Ona görə məsələyi şu şəkildə vəz ediyoram: əgər Azərbaycan müstəqil isə, nədən rusların məmləkətimizdən çıxmasını tələb etmiyorsunuz? Ya əgər müstəqil degilsə, nədən cəsarət edib bunu açıqcasına xalqa söyləməkdən qorxuyorsunuz?.. Böylə hərəkətin mənası qorxaqlıqla xəyanətdir.

Onu yarıda salondan çıxardılar. Bir qaç gün sonra rast gəldik:

- Nasılsınız? - deyə sordum.

- Stajıma hörmətən həbs etmədilər, fəqət mərkəzdən ixbar etdilər, firqədən çıxarıb 6 aydan sonra yenidən daxil ola biləcəgimi bildirdilər.

Üç sənə əvvəl İstanbulda böylə bir xəbər alındı:

- Əhmədzadə Əhməd Q.P.U. tərəfindən qurşuna düzüldü.

Ötəkilər haqqında Bakı qəzetələrində, Tiflis qəzetələrində, Moskva qəzetələrində bu qəzetələrdən nəqlən milli Azərbaycan nəşriyyatındaOdlu-YurdBildiriş”də təfsilat vardır.

Xanbudaqçılıqnamını alan hərəkat mətbu ələni əsərlərində nitqlərində: rus ordusunun Azərbaycandan çıxmasını, Azərbaycanın işlərinə Moskva tərəfindən müdaxilə edilməməsini tələb etməkdə idi.

Ruhullanın hərəkəti isə bütün Qafqasya miqyasında Moskva əleyhində birləşməgə qədər getdi.

Fəqət bunlardan ən şayani-diqqəti Həbibin üsyanıdır. Bu da Əhməd kibi Bakının zəngin bir ailəsinə mənsub lisey təhsili görmüş atəşin ixtilalçı bir gəncdir.

Ötəki komunistlərdən fərqi quyu (istiqaməti) müdhiş ən sol cinaha mənsub müfrit komunist olmasında idi. O, babasını amcasını belə burjua deyə həbsə tıxamışdı.

Həbib Bakıda intişar edənKomunistqəzetəsi məsul müdürlügünə gəldiyi zaman, 1929 sənəsi yazında Azərbaycan komunist firqəsinin başında duran Əliheydər Yusif Qasım kibiMoskva uşaqlarınıbeləmüsavatçılıqdaittiham edən bir seriya məqalə yazmışdı. O məqaləsində Nəriman, Eyyub, Mahmud, Əliheydər, Yusif digərləri bir ixtilal əleyhdarı deyə tövsif olunmaqda idilər.

İştə Həbib böylə bir adamdı. Və sonra, Milli Azərbaycan Cümhuriyyəti zamanı da Moskva üçün epeycə çalışmışdı. Bir qaç dəfə dəniz vasitəsilə Rusiyaya getdigi, ordan para və təlimat gətirərək ordu içərisində çalışdığı məlumdur. Demək olar ki, Qızıl Ordunun Azərbaycana girməsində bunun çox mühüm bir rolu olmuşdur. Fəqət o da Əhməd, Əbdül Baqi, Dr. Kazımov və s.-ləri kibi Xəlil Paşa, Kiçik Tələt, Dr. Fuad Sabit kibi avantüristlərin sözlərinə inanmış, qızıl ordunun Azərbaycan təriqilə Anadoluya gedəcəginə, məmləkətimizdə durmayacağına iman etmiş, aldanmışdı. Şimdi Bakı qəzetələrində oxuyoruz ki, Həbib firqədən, vəzifələrdən əzl edilmiş, hətta Azərbaycandan çıxarılaraq o “gedər-gəlməz” diyara sürülmüşdür.

Nədən, biliyormusunuz?

Çünki Həbib rus komunistlərinə:

- “Kolonizator - müstəmləkəçi”, - deyə hayqırmış, onları zorla Azərbaycandan çıxarmaqla təhdid etmiş, Bakıda çıxan ruscaBakinski Raboçi” qəzetəsi məsul müdürü Matpsovu hətta kötəkləmişdir.

Bukolonizator” hayqırtısı, bu təhdid və bu tovqat nəyi ifadə edər?

 

M.B.MƏMMƏDZADƏ,

Odlu-Yurd”, 27 nisan (aprel)

1931, ¹ 2 (27)

İxtilal - üsyan

İxbar - xəbərdar

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib

Azərbaycan.-2018.-3 fevral.- S.7.