Tarixə qovuşan yubileylər

Bunların bəziləri beynəlxalq təşkilatlar səviyyəsində qeyd edilib

 

Azərbaycanın yalnız Şərqlə Qərbin qovuşuğunda yerləşməsi deyil, ölkəmizi dünya dövlətləri üçün bir qədər də maraqlı edən amillərdən ən əsası son illər sürətli inkişaf yolunda olmasıdır.

Nəinki yerləşdiyi geoməkanda, həm də Avropada, bir qədər də geniş coğrafi baxımdan götürsək, dünyanın inkişaf etmiş ölkələri arasında nüfuzu ilə seçilən, regional və beynəlxalq layihələrin iştirakçısı olan Azərbaycan artıq ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, idmanmusiqi yarışlarına, beynəlxalq teatr, kino festivallarına evsahibliyi edir.

Ötən il bu baxımdan istisna edilmədi. 2017-ci il xalqımızın bir sıra görkəmli tarixi şəxsiyyətlərinin ədəbi simalarının yubileyləri ilə yadda qaldı. Həmin yubileylərin bir neçəsi UNESCO, TÜRKSOY kimi beynəlxalq nüfuzlu təşkilatlar səviyyəsində qeyd edilərək daha böyük miqyas qazandı.

UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramında böyük Azərbaycan şair mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600-cü ildönümü (Qazaxıstan Türkiyənin dəstəyi ilə), almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi (Azərbaycan, Gürcüstan Almaniyanın birgə təşəbbüsü ilə) görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) 300 illik yubileyi (Türkiyə Qazaxıstanın dəstəyi ilə) yer aldı.

UNESCO-nun Parisdəki mənzil-qərargahında ötən il may ayının 18-də Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə şairin dünya ədəbiyyatı fəlsəfi fikrində oynadığı roldan bəhs edildi.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, təşkilatın baş direktorunun müavini Erik Falt digərlərinin çıxışında vurğulandı ki, 600 il bundan öncə Nəsiminin təbliğ etdiyi uğrunda ölümdən belə çəkinmədiyi mənəvi dəyərlər ətrafında bəşəriyyət birləşməlidir.

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi UNESCO-nun yubileylər proqramına salınmaqla yanaşı, TÜRKSOY təşkilatı tərəfindən Molla Pənah Vaqifin xatirə ilikimi qeyd edildi. Bu kontekstdə Türkiyə Azərbaycanda müxtəlif tədbirlər keçirildi, şairə həsr olunan nəşrlər işıq üzü gördü.

Azərbaycan Prezidentinin sərəncamı ilə ötən il görkəmli bəstəkarlar - xalq artistləri Bülbülün 120, SSRİ xalq artistləri Şövkət Məmmədovanın 120, Tofiq Quliyev Cövdət Hacıyevin 100, Mstislav Rostropoviçin 90, Emin Sabitoğlunun 80, dünya şöhrətli müğənnilərdən Müslüm Maqomayevin 75 illik yubileyləri çeşidli tədbirlərlə qeyd olundu.

Bundan əlavə, mütəfəkkir şair, dramaturq Hüseyn Cavidin 135, görkəmli aktyor Ağasadıq Gəraybəylinin 120, tanınmış aktrisa Məhluqə Sadıqovanın 100 illik yubileyləri ilə bağlı tədbirlər təşkil edildi.

2017-ci ildə tarixi-mədəni irsimizin qorunub saxlanılması gələcək nəsillərə çatdırılmasında önəmli rolu olan bir neçə mədəniyyət müəssisəsinin yubileyləri qeyd olundu. Belə ki, iyun ayındaQobustanMilli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 10 illiyi keçirildi.

Xatırlatmaq yerinə düşərdi ki, sahəsi 4 min hektara yaxın olanQobustanqoruğu 1966-cı ildə yaradılıb. Qobustan ərazisində 20 mağara yaşayış yeri, Tunc sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb öyrənilib. Məhz bunun nəticəsində1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir 105 min ədəd arxeoloji material qoruğun fonduna daxildir. 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Sentyabr ayında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illik yubileyi təşkil olundu. Yaradılmasından 50 il keçən Azərbaycan Xalça Muzeyinin yubileyi ötən ilin mədəniyyət tədbirləri sırasına yazıldı. Noyabr ayında keçirilən yubiley tədbirində dünyanın müxtəlif ölkələrindən xalçaçılar, xalq yaradıcılığı üzrə mütəxəssislər iştirak edirdi.

Unudulmaz xalçaçı rəssam Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey bu gün milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanıldığı zəngin xəzinədir. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə əsası qoyulan bu mədəniyyət ocağı həmçinin elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Xalça Muzeyinin yeni binası isə unikal memarlıq üslubu ilə nəinki ölkəmizdə, eləcə dünyada nadir tikililərdən hesab olunur.

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından da yarıməsrlik vaxt ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır. Ötən il dekabrın 26-da Şəki şəhərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasının 50 illiyinə həsr olunan yubiley tədbiri də bu baxımdan diqqətçəkən oldu.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyinə həsr edilən tədbirdə qeyd edildi ki, Cənubi Qafqazda yeganə olan bu qurum artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2018.-3 fevral.- S.7.