Musiqişünaslığımıza dəyərli töhfə

 

“Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” 49 ildən sonra yenidən nəşr olunub

 

 Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük hərflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.

Haqqında söhbət açılan lüğətin müəllifi ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, bəstəkar, dirijor, musiqişünasictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylidir.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərinin sonunda çap edilən lüğətin 472 səhifəlik yeni nəşrində dövrlə bağlı ictimaielmi fikirdə baş verən dəyişiklikləri nəzərə alaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış üslubu etibarilə bənzəri olmayan ciddi tədqiqat əsəridir. O, Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid birinci kitab olmaqla yanaşı, təkcə musiqi terminologiyasına dair məlumatları əhatə etmir. Ensiklopedik bilik sahibi olan müəllif Azərbaycan folkloru, etnoqrafiyası və mədəniyyəti tarixinin müxtəlif sahələri barədə musiqi ictimaiyyətinə az bəlli olan səhifələri işıqlandırıb. Eyni zamanda, Azərbaycan musiqişünaslığı və muğam ifaçılığının bir sıra görkəmli simaları ilə bağlı ilk məxəzləri araşdırıb, öz şəxsi müşahidələri və yaddaşına əsaslanan əhəmiyyətli mülahizələr irəli sürüb. Birinci dəfə 1969-cu ildə nəşr edilmiş “İzahlı monoqrafik musiqi lüğəti” musiqi maarifçiliyi işinə yarım əsrə yaxın bir müddətdə mühüm fayda verməklə bərabər, Azərbaycan muğamşünaslığının ilk mənbələr əsasında öyrənilməsinə də müsbət təsir göstərib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə işıq üzü görüb. Akademiyanın “Azərbaycan ənənəvi musiqisimüasir texnologiyalar” kafedrasında çapa hazırlanan kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovdur.

Nəşrin ideya müəllifi və məsul redaktoru əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovdur.

“Şərq-Qərb” mətbəəsində nəfis şəkildə çap olunmuş “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının redaksiya heyətinə Fərhad Bədəlbəyli, Rafael Hüseynov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Arif Məlikov, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar MahmudovaLeyla Məmmədova daxildirlər. Nəşrin rəyçiləri Aida Tağızadə və Tofiq Bakıxanovdur.

Əsər musiqişünaslar, musiqiçimusiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

 

Azərbaycan.- 2018. -1 fevral.- S.7.