İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 606; 2002, ¹ 4, I kitab, maddə 165; 2007, ¹ 7, maddə 709, ¹ 10, maddə 938; 2008, ¹ 6, maddə 460; 2012, ¹ 7, maddə 648; 2017, ¹ 6, maddə 1017) 12-ci maddəsinin ikinci hissəsindən “(şəhər rayonları istisna olmaqla)” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

 

Azərbaycan.- 2018.- 4 fevral.- S.1.