Televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraqTeleviziyaradio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Televiziyaradio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 583; 2004, ¹ 1, maddə 10; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 469; 2006, ¹ 11, maddə 932, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə 1053; 2009, ¹ 6, maddə 394; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 2, maddə 70; 2015, ¹ 4, maddə 354; 2016, ¹ 12, maddə 1987) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.5.3-cü maddədən “uşaqların və” sözləri çıxarılsın.

2. 33-cü maddə üzrə:

2.1. adında “Uşaqların və yetkinlik” sözləri “Yetkinliksözü ilə əvəz edilsin;

2.2. 33.1-ci və 33.3-cü maddələrdən “uşaqların və” sözləri çıxarılsın.

3. 35-ci maddə üzrə:

3.1. 35.14-cü maddədən “uşaqların və” sözləri çıxarılsın;

3.2. 35.14.1-ci maddədən “uşaqlara və” sözləri çıxarılsın və həmin maddədə “uşaqların” sözü “onların” sözü ilə əvəz edilsin;

3.3. 35.14.2-ci maddədən “uşaqlar və” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

 

Azərbaycan.- 2018.- 4 fevral.- S.2.