Azərbaycan Respublikasının 2002-ci il
31 may tarixli 336-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 7, maddə 388; 2006, ¹ 1, maddə 3, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462; 2012, ¹ 11, maddə 1058; 2016, ¹ 2, I kitab, maddə 196) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 4-cü maddəsinin üçüncü hissəsində “51-ci, 297-ci və 307-ci” sözləri “189.1, 189.3, 189.4, 512 və 522-ci” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr
2017-ci il
Azərbaycan.-
2018.- 4 fevral.- S.2.