Səttar Möhbalıyev: “Beynəlxalq
həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycandakı
islahatları yüksək qiymətləndirirlər”
Beynəlxalq həmkarlar ittifaqlarının rəhbərləri Azərbaycanda gedən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Onlar bu barədə fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında da fikirlərini bildirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində deyib.
AHİK sədri qeyd edib ki,
bugünkü qurultayda
80-dən çox xarici
həmkarlar təşkilatından qonaqlar iştirak ediblər. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası 5 il ərzində
gördüyü işlər haqqında qurultay nümayəndələri
qarşısında hesabat verdi.
Prezident İlham
Əliyev qurultayında iştirak edən
beynəlxalq və xarici ölkələrin
həmkarlar ittifaqlarının nümayəndə heyətinin
bir qrupunu qəbul etdi. Qonaqlar görüş zamanı da
Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının
fəaliyyəti barədə müsbət fikirlərini
bildirdilər.
Azərbaycan.-
2018.- 6 fevral.- S.2.