ABŞ-da Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə bağlı tədbirlərə
"Əli və Nino" filminin
nümayişi ilə başlanıb
Azərbaycanın ABŞ-dakı səfirliyinin
təşkilatçılığı ilə bu ölkənin
aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetində
“Əli və Nino” filminin təqdimatı keçirilib.
Tədbirdə universitetin müəllim
və tələbələri, Boston ətrafında yaşayan
Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri
iştirak edib.
Mərasimdə çıxış edən Tafts Universitetinin “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, “Əli və Nino” kitabının tarixi əhəmiyyətini və bugünkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını deyib.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ilinin tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını diqqətə çatdırıb. Diplomat AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.
Səfir “Əli və Nino” filminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini bildirib. O, bu filmin yüksək keyfiyyəti ilə seçildiyini və aktyorların olduqca istedadlı olmasını söyləyib, bu səhnə əsərin ərsəyə gəlməsində və onun kinematoqrafiyasında Leyla Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb.
Daha sonra filmin nümayişi
olub. Film iştirakçılar
tərəfindən böyük
maraqla qarşılanıb
və onlarda böyük təəssürat
yaradıb.
Qeyd edək ki, səfir Elin Süleymanov, həmçinin ABŞ-ın
ən məşhur təhsil olacaqlarından biri olan Tafts
Universitetinin “Fletçer”
Hüquq və Diplomatiya Məktəbinin müəllim-tələbə heyəti
qarşısında çıxış
edib. Diplomat Azərbaycanın
həyata keçirdiyi
xarici siyasət, həmçinin irimiqyaslı
regional layihələr, Cənub
Qaz Dəhlizi, habelə Ermənistanın
Azərbaycanın ərazisinin
20 faizini işğal etməsi və soydaşlarımıza qarşı
apardığı etnik
təmizləmə siyasəti
barədə məlumat
verib.
AZƏRTAC
Azərbaycan.-
2018.- 6 fevral.- S.8.