“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002, ¹ 12, maddə 693; 2003, ¹ 1, maddə 16; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹ 8, maddə 597, ¹ 11, maddə 884; 2005, ¹ 6, maddələr 463, 475, ¹ 10, maddə 874; 2006, ¹ 5, maddə 386, ¹ 6, maddə 479, ¹ 8, maddə 657, ¹ 11, maddə 927, ¹ 12, maddələr 1005, 1014; 2007, ¹ 2, maddə 83, ¹ 5, maddələr 434, 436, ¹ 7, maddə 711, ¹ 10, maddə 934, ¹ 11, maddələr 1049, 1074, 1078, ¹ 12, maddələr 1213, 1219; 2008, ¹ 3, maddə 153, ¹ 5, maddələr 326, 341, ¹ 6, maddələr 471, 481, ¹ 7, maddə 602, ¹ 8, maddə 699, ¹ 10, maddə 881; 2009, ¹ 2, maddə 54, ¹ 5, maddə 311, ¹ 6, maddə 403, ¹ 10, maddə 771, ¹ 11, maddə 878, ¹ 12, maddə 964; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 2, maddə 71, ¹ 3, maddə 165, ¹ 6, maddə 463; 2012, ¹ 5, maddə 413, ¹ 10, maddə 945, ¹ 11, maddə 1049; 2015, ¹ 1, maddə 9, ¹ 5, maddə 488, ¹ 10, maddə 1100; 2016, ¹ 8, maddə 1365, ¹ 11, maddələr 1760, 1782, 1785; 2017, ¹ 5, maddə 726, ¹ 6, maddə 1054, ¹ 7, maddə 1267, ¹ 8, maddə 1513, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanunu, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü maddənin birinci hissəsinə “müddəaları” sözündən sonra “, həmçinin bu qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 15-1-ci və 15-2-ci maddələr əlavə edilsin:

“Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi işi

15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.

15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu qanunun

15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.

15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi

15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

Azərbaycan.- 2018.- 7 fevral.- S.2.