“Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 1, ¹ 3,
maddə 131; 2002, ¹ 12, maddə 693; 2003, ¹ 1, maddə 16; 2004, ¹
1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹ 8, maddə
597, ¹ 11, maddə 884; 2005, ¹ 6, maddələr 463, 475, ¹ 10, maddə
874; 2006, ¹ 5, maddə 386, ¹ 6, maddə 479, ¹ 8, maddə 657, ¹ 11,
maddə 927, ¹ 12, maddələr 1005, 1014; 2007, ¹ 2, maddə 83,
¹ 5, maddələr 434, 436, ¹ 7, maddə 711, ¹ 10, maddə 934, ¹
11, maddələr 1049, 1074, 1078, ¹ 12, maddələr 1213, 1219;
2008, ¹ 3, maddə 153, ¹ 5, maddələr 326, 341, ¹ 6, maddələr
471, 481, ¹ 7, maddə 602, ¹ 8, maddə 699, ¹ 10, maddə 881; 2009,
¹ 2, maddə 54, ¹ 5, maddə 311, ¹ 6, maddə 403, ¹ 10, maddə
771, ¹ 11, maddə 878, ¹ 12, maddə 964; 2010, ¹ 4, maddə 276;
2011, ¹ 2, maddə 71, ¹ 3, maddə 165, ¹ 6, maddə 463; 2012, ¹ 5,
maddə 413, ¹ 10, maddə 945, ¹ 11, maddə 1049; 2015, ¹ 1, maddə
9, ¹ 5, maddə 488, ¹ 10, maddə 1100; 2016, ¹ 8, maddə 1365, ¹
11, maddələr 1760, 1782, 1785; 2017, ¹ 5, maddə 726, ¹ 6, maddə
1054, ¹ 7, maddə 1267, ¹ 8, maddə 1513, Azərbaycan
Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli
Qanunu, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli
850-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 11.1.3.6-cı maddəyə
“dövlət xidmətlərinin rəhbərlərinin”
sözlərindən sonra “, Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında təyin olunan ticarət
nümayəndələrinin” sözləri əlavə
edilsin.
2. Aşağıdakı məzmunda
21.6-cı və 22.9-cu maddələr əlavə edilsin:
“21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.”;
“22.9. Bu qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.”.
3. 28.12-ci
maddənin birinci cümləsinə “üçüncü təsnifatı vəzifələrinə,”
sözlərindən sonra “Azərbaycan
Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət
nümayəndələri vəzifələrinə,” sözləri
əlavə edilsin.
4. 29-cu maddə üzrə:
4.1. 29.2-ci maddənin birinci hissəsinin
birinci cümləsinə “müvafiq icra hakimiyyəti
orqanı” sözlərindən sonra “və Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələri vəzifələri”
sözləri əlavə edilsin;
4.2. 29.2-ci maddəyə
aşağıdakı məzmunda beşinci hissə əlavə
edilsin:
“Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi
vəzifəsinin tutulması müsahibə keçirilməklə
və ya qulluqda yüksəliş yolu ilə bu qanunun 29.12-ci
maddəsinin müddəaları nəzərə alınmaqla
həyata keçirilir.”;
4.3. aşağıdakı məzmunda
29.12-ci maddə əlavə edilsin:
“29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2017-ci il
Azərbaycan.- 2018.- 7 fevral.- S.2.