“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
07 Fevral 2018
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılmasının yeni qaydaları ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin qanunun 15-1.4-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin qanunun 15-2.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. bu fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqram təminatının hazırlanması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması üçün tədbirlər görsün;
1.9. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu fərmanın 1.5-ci bəndində nəzərdə tutulmuş Strategiya layihəsi hazırlanarkən həmçinin aşağıdakı məsələlər nəzərə alınsın:
2.1. dövlət
qulluğunda institusional
islahatlar;
2.2. dövlət
qulluğunda kadr siyasəti;
2.3. dövlət
qulluğunda rotasiya;
2.4. dövlət
qulluqçularının peşəkarlığının
və səmərəliliyinin
artırılması məqsədi
ilə dövlət qulluğunda səriştə
(kompetensiya) modelinin tətbiqi;
2.5. dövlət
qulluqçularının fasiləsiz
peşəkar inkişafının
təmin edilməsi;
2.6. dövlət
qulluğunun informasiya
təminatı, o cümlədən
elektron dövlət qulluğunun inkişaf etdirilməsi;
2.7. dövlət
qulluqçularının stimullaşdırılması
məqsədi ilə mütərəqqi motivasiya
(həvəsləndirmə) sisteminin yaradılması.
3. Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında “İşçilərin
Şəxsi İşlərinin
Elektron Məlumat Sistemi” (bundan sonra - Sistem) yaradılsın.
4. Müəyyən
edilsin ki:
4.1. Sistem proqram təminatı vasitəsilə Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının hər
bir işçisi üçün elektron şəxsi iş qovluğunun yaradılmasını,
şəxsi iş qovluğunda olan sənədlərin və
məlumatların elektron
qaydada tərtib olunmasını və aparılmasını, habelə
Sistemdə olan məlumatların daim yenilənməsini təmin
edir;
4.2. Sistemin administratoru funksiyasını
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
həyata keçirir,
texniki təminatını
və işlək vəziyyətdə olmasını
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsi, təhlükəsizliyini
Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
təmin edir.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
5.1. Sistemin proqram təminatının
hazırlanmasını və
tətbiqini təmin etsin;
5.2. “İşçilərin
Şəxsi İşlərinin
Elektron Məlumat Sistemi”ndən istifadə qaydalarını iki ay müddətində müəyyən
etsin;
5.3. bu
fərmanın 7-ci hissəsində
nəzərdə tutulmuş
proqramın tətbiqi
ilə bağlı zəruri tədbirlər görsün və görülən işlər
barədə Azərbaycan
Respublikasının Prezidentinə
məlumat versin;
5.4. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
6. Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsi
bu fərmanın
4.2-ci və 5.1-ci bəndlərindən
irəli gələn zəruri tədbirlərin
görülməsini təmin
etsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi vəzifəli şəxslərin şəxsi iş qovluğunun elektron qaydada tərtib olunması və aparılması ilə bağlı müvafiq proqram təminatını həmin proqramın administratoru olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifləri əsasında doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 28; 2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə 1111; 2007, ¹ 12, maddə 1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 8, maddə 1518) 3.1-ci bəndində “maddəsində” sözü “, 15-1.3-cü və 15-2.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 fevral
2018-ci il
Azərbaycan.- 2018.- 7 fevral.-
S.2.