“Növbədənkənar
Azərbaycan Respublikası Prezidenti
seçkilərinin hazırlanıb keçirilməsi üzrə
əsas hərəkət və tədbirlərin Təqvim
planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 1/2
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasının
6 fevral 2018-ci il tarixli 1/1 saylı qərarı ilə növbədənkənar
Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2018-ci
il aprelin 11-nə təyin edilmişdir.
Azərbaycan
Respublikasının seçki qanunvericiliyində nəzərdə
tutulmuş əsas hərəkət və tədbirlərin
ardıcıl və keyfiyyətlə həyata keçirilməsi,
seçki subyektlərinə metodiki yardım göstərilməsi
və onların seçki prosesindəki fəaliyyətlərinin
sadələşdirilməsi məqsədilə
qarşıdan gələn növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkilərinin hazırlanıb
keçirilməsi üzrə əsas hərəkət və
tədbirlərin yerinə yetirilmə
ardıcıllığını, müddətlərini və
subyektlərinin əhatə dairəsini müəyyən edən
Təqvim planının təsdiq edilməsi məqsədə
müvafiqdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası
yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və
177-203, 207-ci və 208-ci maddələrinə uyğun olaraq qərara
alır:
1.
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkilərinin hazırlanıb keçirilməsi üzrə
əsas hərəkət və tədbirlərin Təqvim
planı” təsdiq edilsin.
2. Təqvim
planı dərc edilsin.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2018
Azərbaycan.- 2018.-7 fevral.- S.3.