Azərbaycan və Rusiya strateji tərəfdaşlardır
Fevralın 7-də Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan Respublikası
Milli Məclisinin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Dövlət
Dumasının sədri
Vyaçeslav Volodinlə
görüşü olub.
AZƏRTAC xəbər verir ki, bu görüş Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində keçirilib.
Görüşdə qeyd edilib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır, Rusiya-Azərbaycan dialoqunun əsasını mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri təşkil edir. Tərəflər beynəlxalq məkanlarda birgə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq qeyd ediblər ki, iki ölkənin prezidentləri arasında münasibətlər həm Rusiyanın, həm də Azərbaycanın uğurlu inkişafının rəhnidir.
Azərbaycan nümayəndə
heyətinin üzvləri Azərbaycan arasında diplomatik əlaqələr
yaradılmasının 25 illiyinə həsr olunmuş
sərginin açılış mərasimində də iştirak ediblər. Sərgi Heydər
Əliyev Fondu, Azərbaycanın
Rusiyadakı səfirliyi və RF Dövlət Dumasının
Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərin
işləri üzrə komitəsi tərəfindən təşkil
edilib.
Azərbaycan.- 2018.-8 fevral.- S.1.