Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində növbəti erməni təxribatının qarşısı alınıb

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilənProdexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərənStepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisəninProdexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd yolverilməz olduğu Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) vasitəsilə rəsmi olaraq sərginin təşkilatçısıExpoCentre” ASC- çatdırılıb.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin birgə fəaliyyəti nəticəsində “ExpoCentre” ASC tərəfindən “Stepanakert Konyak Zavodunun sərgidə iştirakının qarşısı alınıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2018.- 8 fevral.- S.8.