Fransanın “Thales International”
şirkəti Azərbaycanla əməkdaşlığı
gələcəkdə də davamlı həyata keçirmək
niyyətindədir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 8-də Fransanın
“Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, “Thales
International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın
AZAL ilə uzun illər səmərəli
əməkdaşlıq etdiyini
vurğuladı və
Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də
davamlı həyata keçirmək niyyətində
olduqlarını qeyd etdi. Rafael Eskinazi
“Thales International” şirkətinin dünyada ilk pilot layihəsi
olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın
hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik
mərkəzinin açılış
mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğuladı.
Dövlətimizin başçısı “Thales International” şirkətinin Azərbaycanla
əməkdaşlığından məmnunluğunu ifadə
edərək şirkətin
bu günədək ölkəmizdə həyata
keçirdiyi layihələrin
önəmini qeyd etdi və bundan
sonra da uğurlu əməkdaşlıq
aparılacağına ümidvar
olduğunu bildirdi.
Söhbət zamanı AZAL ilə “Thales
International” arasında bu
şirkətin məhsullarının
istehsalı ilə bağlı Azərbaycanda
birgə müəssisənin
yaradılması ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.- 9 fevral.- S.5.