Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2017-ci il 15 noyabr 2018-ci il 6 fevral tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq dəyişikliklər təsdiq edilib.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Beynəlxalq xarici qurumların, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2018.- 9 fevral.- S.5.