“Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində seçki
fondlarında qalan pul
vəsaitlərinin geri qaytarılması,
ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları
haqqında Təlimat”ın ləğv edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarı
Qərar ¹ 2/7
“Azərbaycan Respublikasının Seçki
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 11 yanvar tarixli Sərəncamının
2-ci hissəsinin icrası
məqsədilə Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyası
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun
76-cı, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,
28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
18 iyun 2013-cü il tarixli 6/41 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki
fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə
dərc yerinin ödənilməsi qaydaları
haqqında Təlimat”
ləğv edilsin.
2. Mərkəzi
Seçki Komissiyası
öz səlahiyyətləri
daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə
nəzərdə tutulmuş
tədbirlərin görülməsini
təmin etsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
08.02.2018
Azərbaycan.- 2018.- 9 fevral.-
S.8.