Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 2/11

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Şahbaz Fətəli oğlu Zeynalov 13 saylı Xəzər - Pirallahı, Təranə Əhməd qızı Hacıyeva 14 saylı Xəzər, Elxan Adıgözəl oğlu Xudaşlı 67 saylı Cəlilabad şəhər, Ramazan Niyazi oğlu Layıcov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. İlham İmran oğlu Qəmbərov 13 saylı Xəzər - Pirallahı, Şahbaz Fətəli oğlu Zeynalov 14 saylı Xəzər, Hicran Abdulla oğlu Qurbanov 31 saylı Suraxanı ikinci, Ramil Cəlal oğlu Niftalıyev 43 saylı Sumqayıt üçüncü, Ələddin Bahəddin oğlu Əliyev 67 saylı Cəlilabad şəhər, Malik Təzəxan oğlu Qurbanov 72 saylı Yardımlı - Masallı, Turan Telman oğlu Məmmədov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

08.02.2018

 

Azərbaycan.- 2018.- 9 fevral.- S.8.