İlham Əliyevin rekordları

 

Dünyanın heç yerində qeydə alınmayan, amma mövcud olan rekord nailiyyətlər

 

Rekordlar həmişə maraqqürur doğurub!

Rekorda bənzər və bərabər hərəkətlər, atılan addımlar da daim diqqət çəkib, insanlara sevinc və minnətdarlıq hissi yaşadıb.

Ginnesin rekordları” isə heyrət doğuraraq alqışlara səbəb olub!

Adətən idman və “Ginnes” rekordları müxtəlif yarışlar zamanı tamaşaçı, hakim və münsiflərin iştirakı ilə qeydə alınır.

Amma elə rekordlar da var ki, səssiz-küysüz baş verir, insanlar onların rekord olduğunu belə bilmirlər.

Adətən belə rekordlar kimsə tərəfindən rəsmiləşdirilmir. Hətta rekord da adlandırılmır.

Yalnız “yüksək nəticə” kimi beynəlxalq qurum və təşkilatların hesabatlarında hansısa formada əksini tapır.

Dünyanın heç yerində rekord sayılaraq qeydə alınmayan, amma mövcud olan bəzi hadisə və faktlara diqqət çəkmək istəyirik.

* Dünyanın heç yerində ərazisinin beşdəbir hissəsi düşmən işğalında olan dövlət 15 il ərzində öz iqtisadiyyatını üçqat artıra, ən yüksək artım tempinə nail ola, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edə bilməyib!

Bunu təkcə biz demirik! Dünyanın mötəbər qurum və təşkilatlarının açıqladıqları nüfuzlu araşdırmaların hesabatları təsdiq edir! Məsələn, Azərbaycan 2018-ci il üzrə Dünya İqtisadi Forumunun ənənəvi inklüziv indeksində inkişaf edən ölkələr arasında üçüncü yerə layiq görülüb. Həm də Norveç, İslandiyaLüksemburqun - Avropa dövlətlərinin başçılıq etdikləri siyahıda belə yüksək yer tuta bilmişik!

* Dünyanın heç yerində açıq okeana çıxışı olmayan ölkə qısa zamanda regional nəqliyyat dəhlizinə çevrilməyib!

Amma Azərbaycan bunu bacarıb! Böyük İpək yolunu bərpa etməklə, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizini yaratmaqla, ən nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib işə salmaqla! Əslində Bakı-Tbilisi-Qars dəmir yolu regionun nəqliyyat xəritəsini büsbütün dəyişib. Təhlükəsizliyi ilə diqqət çəkən bu yol həm də Çindən Avropaya olan ən qısa marşrutdur. Çünki əvvəllər bu məsafənin qət edilməsinə 30-35 gün sərf edilirdisə, indi iki həftə kifayətdir!

* Dünyanın heç yerində heç bir dövlət az vaxtda təkcə özünə deyil, yaxın qonşularına, Avropaya və dünyanın digər dövlətlərinə uzun müddət fayda gətirəcək transmilli layihələrin təşəbbüsçüsü, maliyyələşdirəni və gerçəkləşdirəni missiyasını üzərinə götürərək onu uğurla həyata keçirməyib.

Əvvəlcə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Azərbaycan nefti birbaşa dünya bazarına çıxarıldı. 2017-ci ildə “Əsrin müqaviləsi” “Yeni əsrin müqaviləsi”nə çevrilərək özünün və kəmərin ömrünü daha 30 il uzatdı. Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizin həm də təbii qaz ixracatçısı olduğunu göstərdi, nəhəng logistika mərkəzinə çevrilən paytaxt Bakı isə yaxın və uzaq qonşularına, dostlarına əsrlər boyu fayda gətirəcək beynəlxalq layihələri reallaşdırdı, yükdaşımalara çəkilən xərcləri azaltmaqla zamana da “qənaət” edilməsinə imkan yaratdı.

* Dünyanın heç yerində müharibə vəziyyətində olan dövlət qısa müddətdə öz paytaxtını, habelə ölkə ərazisindəki bütün yaşayış məntəqələrini yenidən tikib-qura, təzələyə və abadlaşdıra bilməyib!

Ölkəmizə gələn əcnəbi turistlər və qonaqlar az vaxtda əsaslı şəkildə dəyişərək hüsnünü gözəlləşdirən Bakıya valeh olduqlarını gizlətmirlər. Yeni salınan magistral yollar, körpülər, yol aşırımları hərəkətin sürətini və təhlükəsizliyini dəfələrlə artırmış, kəndarası yolların təzələnməsi insanların rahatlığına və vaxta qənaət etməsinə şərait yaratmışdır. Son 15 ildə ölkə üzrə 15 min kilometrdən çox yol çəkilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair uğurla icra edilən üçüncü Dövlət Proqramı yeniləşmənin davamlılığını göstərən başlıca amildir.

* Dünyanın heç yerində işlətməyə elektrik enerjisi, yandırmağa təbii qaz tapmayanbu qıtlığa görə qonşuların təzyiq və təsirinə qatlaşmalı olan dövlət az vaxtda onların istehsalını elə bir səviyyəyə qaldırmayıb ki, başqalarına da satsın!

On beş il əvvəl regionlarda uzun fasilələrlə elektrik enerjisi alan, təbii qaza həsrət qalan Azərbaycan vətəndaşları artıq bu problemlərdən qurtularaq rahatlığa çıxmışlar. Müstəqillik illərində 24 elektrik stansiyası tikib istifadəyə verən ölkəmiz isə qazelektrik enerjisi idxalçısından ixracatçısına çevrilmişdir.

* Dünyanın heç yerində heç bir dövlət ikinci kosmik sürətlə kosmos ailəsinin sırasına üzv qəbul olunmayıb!

Hazırda Azərbaycanın kosmik orbitdə iki peyki uçur. Bu peyklər ölkəmizə və başqa dövlətlərə telerabitə xidməti göstərməklə bərabər, bizi həm də dövlət əhəmiyyətli informasiya ilə təmin edir.

* Dünyanın heç yerində cəmi 25 yaşı olan gənc dövlətə ən məsul idman yarışını keçirmək etibar edilməyib!

Azərbaycan bu məsuliyyəti cəsarətlə üzərinə götürdü, ilk dəfə keçirilən I Avropa Oyunlarının təşkilatçısı qismində çıxış etdi! Özübu tədbiri elə bir səviyyədə keçirdi ki, onun müəyyən etdiyi standartları ötüb keçmək yəqin ki, kimsəyə nəsib olmayacaq! Üstəlik, bir sıra imkanlı dövlətləri arxada qoyaraq Avropa idman yarışmasının ikincisi oldu.

* Dünyanın heç yerində heç bir dövlət qısa zamanda bizdəki qədər müxtəlif çaplı idman yarışlarına ən yüksək qiymətə layiq görülən evsahibliyi etməyib!

I Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunları keçirildi, eyni zamanda yarım milyarddan çox tamaşaçısı olan “Formula-1” yarışmasına start verildi. Həm də azarkeşlərin tam rahatlığını və təhlükəsizliyini təmin etməklə, idmançılara, hakimlərə, qonaqlara və digər iştirakçılara rahat şərait yaratmaqboş vaxtlarını səmərəli keçirməyə yardım göstərməklə!

* Dünyanın heç yerində dövlət başçısı 3 dəfə dalbadal “Jurnalistlərin dostu” adına layiq görülməyib!

Çünki dünyanın heç yerində bizdəki kimi mənzillər tikilib təmir edilməklə pulsuz olaraq jurnalistlərə verilmir. Xüsusi fond yaradılaraq müstəqil mətbuatın maliyyə problemlərinin həllinə ardıcıl kömək göstərilmir. Jurnalistlərlə dövlət başçısı arasında vaxtaşırı səmimi görüşlər keçirilərək qayğılarına diqqət göstərilmir!

* Dünyanın heç yerində heç bir dövlət bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşına sahib çıxaraq onlar üçün hər bir şəraiti və rahatlığı olan qəsəbə və yaşayış kompleksləri salmayıb, təmirli evlər və mənzillər inşa etməyib!

Bu gün 500 milyonluq Avropa bir milyon qaçqın və miqrantın öhdəsindən gələ bilmir, onların yolunu tikanlı məftillərlə kəsir, itlərlə qarşılayır, qayıqlarını dənizdə batırır, sığınacaqlarına od vurub yandırır! Azərbaycanda isə indiyədək bu məqsədlə 6 milyard dollardan çox vəsait xərclənib.

* Dünyanın heç yerində maliyyə böhranı vəziyyətində olan ölkə valyuta ehtiyatlarını artıra bilməyib, əksinə, onu xərcləyərək azaldıb, yaxud tükəndirib!

İqtisadi islahatların yeni mərhələsinə qədəm qoyanqeyri-neft sektorunun sürətli inkişafına nail olan Azərbaycan isə təkcə ötən il öz valyuta ehtiyatlarını daha 4,5 milyard dollar çoxaltmışdır.

* Dünyanın heç yerində heç bir dövlət başçısı bütün çətinliklərə mətanətlə sinə gərərək bizdəki qədər müstəqil, müdrik, dövlət maraqlarını güdən və uzaqgörən xarici siyasət yürütmür!

Xüsusən dünyanın qanla çalxalandığı, terrorizmin dövlət səviyyəsində dəstəkləndiyi, ikili standartların mövcudluğu və ədalətin açıq-aşkar tapdalandığı indiki vaxtda!

* Dünyanın heç yerində dövlət başçısı 50 illik yubileyi günü qaçqın şəhərciyinə gedərək “Mən öz ad günümü ailə üzvlərimlə birlikdə keçirməyə gəlmişəm, mənim ailə üzvlərim sizsiniz” - deyə məcburi köçkünlərin qəlbinə məlhəm olmur!

* Dünyanın heç yerində xalqla iqtidar, dövlət başçısıyla vətəndaşlar arasında belə möhkəm birlik, dəstək və məhəbbət yoxdur!

Çünki bu birlik sözlə yox, əməllə, görülən işlərlə yaranıb və zamanın sınaqlarından keçib!

 

BÜTÜN BU REKORDLARI BİZƏ CƏNAB İLHAM ƏLİYEV YAŞADIB:

 

- Düşünülmüş, uzaqgörən, milli maraqlara söykənən daxilixarici siyasəti ilə;

- Gərgin, məqsədyönlü, səmərəli fəaliyyəti ilə;

- Azərbaycana və dünyaya böyük fayda gətirən transmilli layihələrin müəllifliyi, maliyyəçisi və gerçəkləşdirəni olması ilə;

- Azərbaycanı yenidən tikib-qurması, abadlaşdırması, ölkəni turizm üçün maraqlı və cəlbedici etməsi ilə;

- Azərbaycandakı tolerantlığı və multikulturalizm ənənələrini dünyaya nümunə kimi təqdim etməsi ilə;

- Azərbaycanı mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanına, beynəlxalq tədbirlərin ardıcıl keçirildiyi mərkəzə çevirməklə;

- “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizini yaratmaqla və Bakını logistika mərkəzi etməklə;

- I Avropa Oyunlarına ilk dəfə yüksək səviyyədə evsahibliyi edərək ardınca IV İslam Həmrəyliyi Oyunlarını da keçirməklə;

- Azərbaycanı dünyaya həm də idman dövləti və idman oyunlarının ən yaxşı təşkilatçısı kimi tanıtmaqla;

- Azərbaycanı kosmos ailələri sırasına daxil etməklə;

- Xalqın yüksək etimad və etibarını qazanaraq ölkədə möhkəm sabitlik və səfərbərlik yaratmaqla;

- Ən nəhayət, ölkədə ən yaxşı və alternativsiz idarəçilik metodunu ortaya qoyaraq davamlı inkişafın və sosial rifahın durmadan yüksəlişini təmin etməklə!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2018.-10 fevral.- S.1.