“Meliorasiya və
su təsərrüfatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi tədbirləri
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər
edilməsi və Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 788-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1048) 2.3-cü bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral
2018-ci il
Azərbaycan.- 2018.- 11 fevral.-
S.3.