Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi
üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 342; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464) ilə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın 3.1.2-ci yarımbəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral
2018-ci il
Azərbaycan.- 2018.-14 fevral.-
S.2.