R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
10-cu bəndinə, 131-ci maddəsinin
II hissəsinə və
“Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun
94-cü maddəsinin II hissəsinə
və 96-cı maddəsinə
uyğun olaraq, Azərbaycan Respublikası
Prezidentinin təqdimatına
əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. 2018-ci il fevralın 25-də səlahiyyət
müddəti bitən
Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu qərar
2018-ci il fevralın 25-dən qüvvəyə
minir.
O.ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri,
13 fevral 2018-ci il
Azərbaycan.- 2018.-14 fevral.-
S.7.