İlham Əliyev Böyük Qayıdışın Baş Sərkərdəsidir

 

Məcburi köçkünlər YAP-ın qurultayında qəbul edilən qərarı hamılıqla müdafiə edirlər

 

Prezident seçkiləri ərəfəsində bütün sosial zümrələr, ictimai-siyasi təşkilatlar namizədlərini müəyyənləşdirir, qarşıdakı 7 il ərzində dövlətə rəhbərlik etməyə layiq bildikləri insanın təbliğatı prosesinə qoşulurlar. Ən maraqlı məqam odur ki, budəfəki seçkilərdə də cənab İlham Əliyevdən başqa geniş ictimaiyyət dəstəyi qazanan namizəd yoxdur.

Ötən 15 il ərzində tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana bu nailiyyətləri bəxş edən lider həm də məcburi köçkünlərin də birmənalı namizədidir. Ötən dövr ərzində əhalinin bu sosial təbəqəsinə böyük dəstəyi, himayədarlığı ilə sevilən Prezident İlham Əliyev 100-ə yaxın köçkün şəhərciyinin açılışını edərək yüz minlərlə insanın həyatının yeni səhifəsinin müəllifi olmuşdur.

Redaksiyamıza müraciət edən məcburi köçkünlər 11 aprel seçkilərində niyə məhz İlham Əliyevə səs verəcəklərinin səbəblərini açıqladılar.

 

Ərşad PİRİYEV,

məktəb direktoru,

Zəngilan rayonundan məcburi köçkün:

- Fevralın 8-də Yeni Azərbaycan Partiyasının qurultayında qəbul edilmiş qərar məcburi köçkünlərin böyük sevincinə səbəb oldu. Məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər, göstərilən qayğı bizim bir sıra çətinliklərimizi artıq arxada qoyub, həyatımızda mühüm dönüş yaradıb. Belə ki, mənzil-məişət şəraitimizin yaxşılaşdırılması, sosial müavinətlərin artırılması, vahid aylıq müavinətin verilməsi məcburi köçkünlər arasında rəğbətlə qarşılanır.

Məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldubu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir. 11 aprel tarixində hər birimiz böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəyik. Çünki İlham Əliyev alternativi olmayan liderdir.

 

Nurlan ZEYNALOV,

tələbə, Şuşa rayonundan məcburi köçkün:

- Cənab Prezidentin namizədliyinin irəli sürülməsi biz tələbələr üçün çox sevindirici oldu. Prezident gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərir. O cümlədən məcburi köçkün gənclər ali məktəblərdə təhsil haqqını ödəməkdən azad edilmişdir.

Bu bizim ailəmizin sosial müdafiəsinə çox böyük kömək edir. Məcburi köçkün gənclərin yeganə bir namizədi var. O da, ölkəmizi işıqlı gələcəyə aparan, hər zaman gənclərə qayğı göstərən və gənclərin dostu cənab Prezident İlham Əliyevdir.

 

Sənan ƏSƏDOV,

Cəbrayıl rayonundan məcburi köçkün:

- Biz məcburi köçkünlər cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və inanırıq ki, bir gün gələcək öz doğma torpaqlarımıza qayıdacağıq. Artıq bu yolun başlanğıcı qoyulub. Gec-tez bütün işğal altındakı torpaqlarımız azad olunacaq, məcburi köçkünlərimiz doğma yurdlarına qayıdaraq firavan həyata başlayacaqlar. Ancaq hələlik onların bütün problemlərini dövlət həll edir. Cənab Prezident məcburi köçkünlərin problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır, bu məqsədlə ölkənin iqtisadi imkanlarından yetərincə istifadə edir.

Ulu öndər Heydər Əliyevin başladığı siyasi, iqtisadi islahatları cənab İlham Əliyev yüksək səviyyədə uğurla davam etdirir. Bu gün dünyada iqtisadi böhran, hərc-mərclik, xaos baş alıb gedir. Ancaq bizim ölkəmizdə sabitlik, təhlükəsizlik tam təmin edilib. Bütün bunların hamısı ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxilixarici siyasətinin nəticəsində əldə edilibdir. Ona görə də hər birimiz İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir, seçki günü də dəstəyimizi əsirgəməyəcəyik. YAP-ın IV qurultayında verilmiş qərar bizim hər birimizin ürəyimizcə oldu.

 

Mətanət ƏLİYEVA,

müəllimə,

Ağdam rayonundan məcburi köçkün:

- Son 14 ildə əldə olunan uğurlar göz qabağındadır. Ölkəmiz gündən-günə inkişafını yüksəldir, mühüm beynəlxalq tədbirlərə evsahibliyi edir. Ölkəmizin hər yerində həm paytaxt Bakıda, həm də regionlarda çox böyük abadlıq-quruculuq işləri aparılır. Məcburi köçkünlər üçün bütün infrastruktur obyektləri olan müasir yaşayış kompleksləri salınıb. Azad, firavan və demək olar ki, hər gün inkişaf edən bir ölkədə yaşayırıq. Övladlarımız dövlət hesabına təhsil alırlar.

Dünyanın heç bir yerində məcburi köçkünlərə göstərilən bu cür diqqət və qayğı yoxdur. Bütün bunlara görə, biz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bizim prezidentliyə yeganə namizədimiz yalnız İlham Əliyevdir. Biz İlham Əliyevə səs verməklə dövlətimizin uğurlu gələcəyinə, vətəndaşlarımızın firavan həyatına və övladlarımızın xoşbəxt gələcəyinə sahib olacağıq.

 

Ərşad MİRZƏYEV,

Qubadlı rayonundan məcburi köçkün:

- 2009-cu ildə yeni qəsəbəyə köçürülmüşük. O vaxta qədər heç bir şəraiti olmayan çətin bir vəziyyətdə yaşayırdıq. İndi isə belə bir abad məhəllədə yaşayırıq. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, lazım olanvarsa hamısı tikilibdir. Son zamanlara qədər bütün kommunal xərclərimizi dövlət ödəyib. Ancaq indi dövlət o pulu bizə verir, kommunal xərcləri özümüz ödəyirik. Övladlarımız pulsuz təhsil alırlar. Bundan başqa, bir sıra güzəşt və imtiyazlardan istifadə edirik.

Birinci vitse-prezident hörmətli Mehriban xanım da bu sahədə çox böyük işlər görür. Ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin edir. Dövlətimiz, Prezident bizim üçün nə lazımdırsa, onu da edir. Ölkədə bütün sahələrdə inkişaf var, insanların həyat tərzi gündən-günə yüksəlir. Prezidentin namizədliyinin növbəti seçkilərdə hakim partiya tərəfindən irəli sürülməsi sevindirici haldır. Bu, bizim də ürəyimizdən oldu.

 

Nəsimi MEHTİYEV,

sahibkar, Kəlbəcər rayonundan məcburi köçkün:

- Cənab Prezidentin növbəti dəfə namizədliyinin irəli sürülməsi bizim böyük sevincimizə səbəb oldu. Biz sahibkarlar hər zaman cənab Prezidentin qayğısını üzərimizdə hiss etmişik. Bu gün dünyada iqtisadi böhranın davam etdiyi bir zamanda ölkəmiz sürətlə inkişaf edir, bütün sosial proqramlar uğurla icra edilir. Dövlət başçısı öz vətəndaşlarının qayğısına qalır. Bunu bütün ölkə vətəndaşları kimi biz məcburi köçkünlər də gündəlik həyatımızda hiss edirik.

Mən dövlətimizin yaratdığı şərait nəticəsində özümə müəyyən qura bilmişəm. Buna görə də özümüzə hər cür şərait yaratmışıq. Sahibkarlar Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına öz töhfələrini verməyə çalışırlar. Növbəti prezident seçkisində bizim bir namizədimiz var. O, cənab İlham Əliyevdir.

 

Məcnun NAMAZƏLİYEV,

Füzuli rayonundan məcburi köçkün:

- Azərbaycanın bir dövlət olaraq dünyada öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hansı şəraitdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici haldır ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident

İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir.

Cənab Prezidentin birbaşa diqqət və qayğısı nəticəsində Füzuli rayonu abadlaşır. Horadiz şəhəri şəhərsalma standartlarına uyğun yenidən bərpa olunub, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar dövlət başçısı İlham Əliyevin füzulililərə yüksək diqqət və qayğısı kimi qiymətləndirilir. Azərbaycanın hər yerində olduğu kimi, Füzuli rayonunda da ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə böyük dəstək və rəğbət açıq-aşkar hiss edilməkdədir. Füzuli sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyası və onun namizədi cənab Prezident İlham Əliyevdir.

Eyni mövzuda fikirlərini bildirən digər məcburi köçkünlər də cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini böyük sevinclə qarşılayıblar. Onlar İlham Əliyevin alternativsiz lider olduğunu deyərək seçkilərdə də fəal olacaqlarını bildirdilər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 15 fevral.- S.1; 4.