Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Regionların inkişafında sahibkarlığın rolu” konfransının yekun BƏYANATI

 

Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və uzaqgörən daxilixarici siyasət, milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının etibarlı qorunması və təmin olunması, demokratik cəmiyyətin formalaşdırılması, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatlar, sahibkarlığa dövlət dəstəyi tədbirləri, yaradılmış əlverişli biznesinvestisiya mühiti nəticəsində bu gün Azərbaycan siyasimakroiqtisadi baxımdan sabit, davamlı inkişaf edən ölkə, Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi, etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanıdır.

Dövlət başçısının gərgin əməyi sayəsində gündən-günə sürətlənən sosial-iqtisadi tərəqqini artıq hər bir vətəndaş öz gündəlik həyatında hiss edir. Dünyanın ən aparıcı ölkələrinin ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməsi fonunda son 14 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, ölkənin maliyyə ehtiyatları 23 dəfə artmış, enerji təhlükəsizliyi təmin edilmiş, müasir tələblərə cavab verən infrastruktur yaradılmış, bütün şəhər və kəndlərimizin siması dəyişmiş, 2 milyona yaxın  yeri yaradılmış, ən yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa olunmuş, əməkhaqları 5 dəfədən, pensiyalar 8 dəfədən çox artmış, yoxsulluq səviyyəsi 8 dəfə azalaraq 5,4 faizə düşmüşdür.

Azərbaycanın qazandığı uğurlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

 İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar olaraq doğma Azərbaycanımızın qazandığı bu uğurlardan böyük qürur hissi duyuruq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, yerlixarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ölkəmizdə yüzminlərlə sahibkarlar sinfinin formalaşmasına, yüzlərlə rəqabətqabiliyyətli  məhsul istehsal edən  müəssisələrin  yaradılmasına,  Azərbaycan məhsullarının xarici bazarlara ixracının artmasına səbəb olmuşdur.

Bu gün ölkəmizin siyasi nüfuzunaiqtisadi qüdrətinə arxalanan adamları ölkə daxilində və xaricində uğurla fəaliyyət göstərirlər. Görülmüş bu tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizdən çox, məşğulluqda isə 75 faizi ötmüşdür.

Dövlət başçısının müxtəlif tədbirlərdə, ölkəmizin demək olar ki, bütün şəhər və rayonlarında keçirdiyi görüşlərdəki çıxışları zamanı sahibkarların istək və təkliflərinə həssas münasibəti, bu sahədə imzaladığı fərman və sərəncamlar biz sahibkarları işimizə daha böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq, ölkəmiz daha da qüdrətlənəcəkdir.

Danılmaz faktdır ki, bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişlər. Azərbaycan Respublikasının  milli iqtisadiyyat perspektivi üzrə yol xəritəsinə uyğun olaraq, ölkəmizdə davamlı olaraq biznesinvestisiya mühiti yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü işlər görülür. Bu siyasətin davamı olaraq, hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günükimi qeyd edilməsi barədə sərəncam da  sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermişdir.

Biz - “Regionların inkişafında sahibkarlığın rolumövzusunda keçirilən  konfrans iştirakçıları, cəmiyyətin fəal hissəsini təşkil edən çoxminlik sahibkarlar adından dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini  dəstəklədiyimizi bəyan edirik.

 

Azərbaycan.- 2018.- 15 fevral.- S.4.